{category-title}

Keşikçidağ ətrafında gəlişmələr, yoxsa Rusiya amili... - TƏHLİL

 

 

Gürcüstanda NATO-nun “Agile Spirit - 2019" təlimləri başlayıb. Senaki şəhərində piyada qoşunları briqadasının yerləşdiyi ərazidə keçirilən təlimlərdə 14 ölkədən 3 mindən çox hərbçi iştirak edir. Avqustun 9-da başa çatacaq təlimlərdə ABŞ, Belçika, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Latviya, Litva, Monteneqro, Norveç, Polşa, Rumıniya, Türkiyə və Ukrayna hərbçiləri iştirak edirlər.

NATO-nun “Agile Spirit - 2019" təlimləri 2011-ci ildən bəri keçirilir. Maraqlıdır ki, budəfəki təlimlərdə Azərbaycan iştirak etmir. Qeyd edək ki, cari il ərzində Azərbaycan Gürcüstanda keçirilən iki hərbi təlimdə iştirak edib. Birinci təlim mart ayında keçirilib. ”NATO-Gürcüstan 2019" adı altında hərbi təlimlər NATO-ya üzv və Alyansın tərəfdaşı olan ümumilikdə 24 müttəfiq ölkədən 350-dən çox, eləcə də dörd NATO tərəfdaş ölkəsi - Azərbaycan, Finlandiya, Gürcüstan və İsveç hərbçiləri qatılıb. İyulun ortalarında isə növbəti təlim baş tutdu. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ hazırlığı təliminin birinci mərhələsində Gürcüstan, Azərbaycan, Ukrayna, Çexiya, Polşa, Latviya və İsveç hərbçiləri iştirak etdilər.

Eyni zamanda bu il Azərbaycan, Gürcüstan və Türkiyə birgə hərbi təlim keçirib. 

Bu mənada Azərbaycanın sayca üçüncü NATO təliminə qatılmaması suallar doğurub. Son zamanlar Keşikçidağ ətrafında yaranmış vəziyyətlə əlaqədar müəyyən gərginliklər müşahidə olunur. İddialar var ki, üçüncü qüvvə münasibətləri gərginləşdirməyə çalışır. Bu arada Gürcüstan Xarici İşlər Nazirliyi Keşikçidağ (David Qaredji) monastır kompleksi ətrafındakı situasiya ilə bağlı yeni bəyanatla çıxış edib. Virtualaz.org xəbər verir ki, nazirlik monastır kompleksi ilə bağlı məsələnin və Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasının gündəmdə qaldığını bildirir. İyulun 30-da keçirilmiş mətbuat konfransında xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib ki, iyulun 14-də yerli sakinlərlə Azərbaycan sərhədçiləri arasında Keşikçidağ ətrafında baş vermiş insident “hər iki ölkənin sərhəd xidmətinin təxirəsalınmaz və birgə fəaliyyəti” nəticəsində tezliklə aradan qaldırılıb. “Həmin insidentdən sonra Azərbaycan tərəfi həmin sahədə sərhədçilərin sayını artırıb və onların nəzarətindəki əraziyə maddi-texniki dəstək göstərmək üçün müvəqqəti infrastruktur qurub. Gürcü sərhədçilərinin də sayı həmin istiqamətdə artırılıb”, - Darsaliya bildirib. Nazir müavini əlavə edib ki, turistlərin, yerli sakinlərin və zəvvarların monastır kompleksinə hərəkəti təhlükəsizlik baxımından və yeni insidentlərin baş verməməsi üçün müvəqqəti dayandırılıb. Laşa Darsaliyanın bildirdiyinə görə, insidentə qədər kompleksə gediş-gəlişə məhdudiyyətlərlə də olsa yol verilirdi. Lakin iyulun 14-dən sonra vəziyyət mürəkkəbləşib. “Həmin istiqamətdə sərhəd xidmətləri tərəfindən insidenti yoluna qoymaq və vəziyyəti normal məcraya qaytarmaq üçün fəal danışıqlar aparılır”, - o qeyd edib. Darsaliya bildirib ki, sərhədlərin delimitasiyası məsələsində iki ölkə hökumətləri fəal əməkdaşlıq edir, bütün aidiyyəti strukturlar iki ölkənin birgə komissiyasının işində iştirak edir. Nazir müavini deyib ki, delimitasiya və demarkasiya üzrə birgə komissiyanın Bakıda may ayında keçirilmiş iclasında ekspertlərin sərhədin həmin istiqamətində işləməsi qərarlaşdırılıb. Ekspertlərin bu məqsədlə ilk görüşü avqustun 19-23-nə təyin edilib.

“Güc birlikdədir” adlı antiişğal hərəkatının qurucularından David Katsarava isə bildirib ki, iyulun 14-də baş vermiş insidentdən sonra monastır kompleksinə gedən yollar bağlanıb, Azərbaycan tərəfinin bəyanatlarının məzmunu sərtləşib. “Azərbaycanlılar təcili rejimdə ikinci baza açıblar və sərhədçilərin sayını ən azı 3 dəfə artırıblar, bizim sərhədçilərin sayı isə əslində artmayıb”, - o deyib.

Gürcüstandakı NATO təlimləri şimal qonşumuzda da qıcıq yaradır. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanda NATO ölkələrinin iştirakı ilə keçirilən təlimlərə etirazını bildirmişdi. Demişdi ki, təlimlər regionda gərginlik yaradacaq: “Bizi Gürcüstanın NATO gündəliyi və bu alyansa sürətlənmiş şəkildə üzv olmaq planları narahat edir. Bu həm bizim münasibətlərimizdə, həmçinin Cənubi Qafqaz regionunda nevroz vəziyyət yaradır. Biz dərhal bu barədə dedik. NATO-nun genişmiqyaslı təlimləri, o cümlədən Azərbaycanı və Ermənistanı da bu təlimlərə cəlb etmək istəyi optimizm yaratmır”.

Düzdür, Gürcüstanda ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasını dəstəkləyənlərin sayı azalıb. Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi sorğunun yekununda bildirilir ki, sorğu iştirakçılarının cəmi 49 faizi Gürcüstanın NATO üzvlüyünü dəstəkləyib ki, bu da 2009-cu ildən etibarən ən aşağı göstəricidir. Amma istənilən halda, Rusiyanın bölgədə “at oynatmaq” istəyən NATO-nu qəbul etməsi real görünmür. 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, NATO-nun Gürcüstanda hər il keçirdiyi hərbi təlimlər əsasən Cənubi Qafqazda rolunu artırmaq, Rusiyanı cənub sərhədlərində zəiflətməkdir: “Məhz Alyansın bu aspektdə təlimləri Moskva tərəfindən ciddi etirazlarla qarşılanır və regionda iki tərəf arasında maraqlar toqquşmasına gətirir. Təbii ki, NATO-nun regiona gəlişi regionda ümumi təhlükəsizliyə və işğala qarşı bir sistem formalaşdırır. Hesab edirəm ki, Şimali Atlantika Alyansının Gürcüstanda keçirdiyi ”Çevik ruh-2019" təlimləri analoji təlimlərin davamıdır. Bu təlimlər ABŞ-ın rəhbərliyi ilə keçirilir və Gürcüstanda Moskvanın hazırda artan təzyiqlərini azaltmaq və regionda mövcud statusunu inkişaf etdirməyə hesablayıb". Azərbaycanın iştirak etməməsinə gəldikdə, ekspertimiz bildirdi ki, Azərbaycan hər il bu kimi təlimlərə qatılırdı və özünü Alyansla əməkdaşlıq formatında görürdü: “Hazırda keçirilən bu təlimlərə Azərbaycanın qatılmaması təbii ki, regionda baş verən proseslərlə bağlı ola bilər. Mümkündür ki, Tiflisin Keşikçidağ məsələsində Azərbaycana qarşı dostluğa zidd siyasəti, həmçinin Moskvanın regionda apardığı siyasət Azərbaycan milli mənafelərinə uyğun tədbirlər almasına gətirib”.

M.Əsədullazadə dedi ki, Azərbaycan regionda balanslaşdırılmış siyasət həyata keçirir: “Əgər bu tədbirdə iştirak nəzərdə tutulmayıbsa, görünür, Moskvadan hər hansı bir hərəkətlilik olub. Çünki Rusiya Yaxın Şərqdə, Şərqi Avropada ABŞ-la ciddi siyasi-hərbi toqquşmadadır. Bu maraq toqquşması Cənubi Qafqazda keçir. Azərbaycan belə bir geosiyasi maraqlar toqquşması fonunda keçirilən bu təlimlərə qatılmamaqla strateji seçim edib. Ona görə də bu kimi təlimlər baxaq görək hazırkı vəziyyətdə bizə nə verə bilər? Görürük ki, yalnız bunun mənfi tendensiyaları ola bilər. Ona görə də müəyyən qədər məsafəli davranış nümayiş etdirilir. NATO da Azərbaycanın seçiminə hörmətlə yanaşır. Hesab edirəm ki, Gürcüstan tezliklə NATO üzvü edilmirsə, Alyans daha da hazırda münaqişələrlə bağlı məsafəli davranırsa, rəsmi Bakı da eyni siyasət aparmalıdır. Yenə də qeyd edim ki, Azərbaycan Avrointeqrasiya siyasətini aparmalıdır, regionun təhlükəsizliyi və ölkəmizin ərazi bütövlüyünün təminini NATO-nun regionda artan rolundan keçir. Baxır NATO hansı məqsədlə regionda öz mövqeyini nümayiş etdirəcək".

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı isə sualımıza cavab olaraq “Biz həmin təlimdə iştirak etmirik” deməklə kifayətləndi.
 

Son xəbərlər

Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib

Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində xüsusi qərargah yaradılıb

Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"

Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb

Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...

Tramp yaxın adamını Putinlə görüşə göndərdi

Prezident növbədənkənar seçkiləri anons etdi

Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib

Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb

Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib

DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub

Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB

Gürcüstanın hakim partiyası BBC-ni məhkəməyə verir

Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb

DTX tərəfindən saxlanılan Məmməd İbrahimə ittiham irəli sürülüb

Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!

Bütün xəbərlər