{category-title}

"Bizi bu vəziyyətə salan Azərbaycan futbolu oldu"

 

 

"Xəzər Lənkəran"ın sabiq üzvü Elşən Rzazadə sosial şəbəkə hesabında karyerasının enişə getməsinin səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi vəziyyəti Azərbaycan futbolunun durumu ilə əlaqələndirib: "Bu gün futbol saytlarında neçə illərdən sonra öz şəklimi gördüm. Yazıda gələcəklərinə böyük ümid bəslənən, ancaq özünü doğrultamayan futbolçulardan bəhs olunmuşdu. Öz adıma bir şeylər qeyd etmək istəyirəm. Bu hala düşmək öz istəyimlə olmadı. Bizi bu vəziyyətə salan Azərbaycan futbolu oldu.

Yaxşı şeylərdən çox danışmaq istəyərəm. Ancaq yaşanan çətinliklər o qədər çox oldu ki, yaxşılar da adamın yadında qalmır daha. Allah şahiddir... Bu qədər çalışıb, bəhrəsini çox az görmək Azərbaycan futboluna xas şeydir. Ən gözəl günlərimi "Bakı" və "Xəzər Lənkəran"da keçirdim. İndi isə heç bir şey yoxdur.

"Xəzər Lənkəran"da tez bir zamanda ən yaxşı yerlərə gəldim. Amma bizə burada legionerlərə verilən dəyərin 50 faizi də qoyulmurdu. İndi bu vəziyyətdə olmağımızda haqsızlıq çox oldu. Mübariz Mənsimovun yanına düşmək istəsək də, yaxın demirəm, uzağına belə imkan vermədilər ki, haqqımızı klubun sahibinə çatdıraq. Haqqımızı yeyənlər də bilirdi ki, onun xəbəri olsa, onlar üçün yaxşı olmayacaq.

Olan biz yerli futbolçulara oldu. Bu gün də əziyyətini çəkirik. "Xəzər Lənkəran"da mənimlə birlikdə çox uşaqlar klubsuz və futbolsuz qaldı. Bu da Azərbaycan futbolunun gələcəyi... Amma bir gün haqqımıza girdikləri şeyləri Mübariz müəllimə çatdıracam".

Elşən "Xəzər Lənkəran" klubunun yetirməsi olub. Futbolçu 2014/15 mövsümünü "Xəzər Lənkəran"da keçirib və parlaq oyunla Azərbaycan yığmasına dəvət alıb. Rzazadə 2015-ci ildə Moldovaya qarşı yoxlama görüşündə millidə debüt edib. Daha sonra "Neftçi"yə keçən futbolçu ağır zədədən sonra keçmiş formasını bərpa edə bilmədi.

Son xəbərlər

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Bütün xəbərlər