{category-title}

Bayram öncəsi ətin qiyməti BAHALAŞIR - Bazara MƏMUR MÜDAXİLƏSİ var

 

Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən qədər bahalaşma olur.

Hazırda bazarlarda quzu ətinin bir kiloqramı 12, mal əti isə 10-11 manat civarında satılır. Qurban bayramı öncəsi ətin qiymətinin artmasına hansı amillər təsir edir? Ümumiyyətlə, artan qiymət fonunda alıcılıq qabiliyyətini qənaətbəxş hesab etmək olarmı?

Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında vurğulayıb ki, mövcud şəraitdə əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb:

“Ət bazarında aparılan monitorinqlərə əsasən, bu bizneslə məşğul olan sahibkarlar son bir neçə ayda ət alıcılarının sayının  və ümumiyyətlə, ət satışının azaldığını vurğulayıblar. Əslində, hazırda tədarükçülər heyvan bazarlarından mal, qoyun almalıdırlar ki, onu Bakı, Sumqayıt və rayon mərkəzlərində sata bilsinlər. Lakin bu gün heyvan bazarlarında alıcı qıtlığı yaşanır. Yəni, tədarükçülərin sayında da azalma müşahidə olunur".

Alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda tədarükçülərin riskə getmək istəmədiyini qeyd edən V.Məhərrəmliyə görə, alıcıların sayının azalması tədarükçülərin biznesinə ziyan vurur:

“İl ərzində fermerlər və ət satışını həyata keçirən sahibkarlar yaxşı gəlir əldə edə bilmədikdə, bayramlarda məhsulun qiymətini artırmağa calışırlar. Təəssüf ki, ölkəmizdə hələ də bazar iqtisadiyyatı oturuşmayıb. Bazarlara məmur müdaxiləsinin olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı olması bazar iqtisadiyyatının oturuşmasına mane olan əsas amillərdəndir. Digər tərəfdən, ölkədə ət istehsalının maya dəyəri yüksəkdir. Son bir neçə ayda otun qiyməti kəskin bahalaşıb. Ötən illə müqayisədə arpa və buğdanın qiyməti isə iki dəfə artıb. Bu faktorlar ətin maya dəyərini yüksəldir və ət istehsalının xərci artır.

Fermerlər çox çətin şəraitdə ət istehsalı ilə məşğul olurlar və bu vəziyyətin qarşısı alınmalıdır

Məmurlar tərəfindən fermerlərin örüş sahələri əllərindən alınıb. Fermerlərin xərcləri çox olduğuna görə, ət istehsalını baha qiymətə edirlər. Bu sahənin qaydasına qoyulması zəruridir. Bu il müsbət istiqamət üzrə hansısa dəyişiklik olmayıb".

Ekspert bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində baş verən kadr dəyişikliyi müsbət təsirə malik ola bilmədi və daha ciddi problemlər yaratdı:

“Dəyişiklik fonunda gənclər və bir sıra qeyri-peşəkar şəxslər nazirliyə gətirilib. Lakin bu addım gözlənilən nəticəni vermədi. Belə ki, geriləmə daha da sürətlənib. Maldarlığın inkişafı üçün yem bazası möhkəmlənməli, örüş sahələrindən səmərəli istifadə olunmalıdır. Həmçinin zəbt olunan örüş sahələri geri qaytarılmalıdır.

Qeyd edək ki, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır.

Son xəbərlər

Mədəniyyət Nazirliyində struktur dəyişikliyi olub, Aynur Kərimova sektor müdiri təyin edilib

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır

AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayrılıb

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Azərbaycan neftinin qiyməti 140 dolları ötüb

Azərbaycan Kuboku: Bu gün "Turan Tovuz" – "Zirə" və "Sabah" – "Qarabağ" oyunları keçiriləcək

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Bütün xəbərlər