{category-title}

"İranlı həkimlər deyir Bakıda diaqnoz səhv olub" - GİLEY

 Müalicəyə 5000 manat xərcimiz çıxdı: onu al, bunu al. Fond üçün pul yığırdılar, guya, nəsə düzəldirlər. Həkimlərə ayda 100 manat pul verirdik. 

13 yaşlı Aydan Çələbiyeva bir ildir B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya institutunun uşaq leykemiya şöbəsində müalicə olunub. 

İlk olaraq ona leykemiyanın L – limfoblast tipi diaqnozu qoyulub və müalicə sxemi də buna uyğun seçilib. 

Medicina.az-ın xəbərinə görə, sonuncu dəfə xəstəlik şiddətlənəndə uşağı yenidən instituta yerləşdiriblər. Ailə xəstəyə ancaq sistem olunduğunu, yaxşı baxılmadığını, həkimlərin dəqiq bir söz demədiyini, normal müalicə istəyinə isə aqressiv münasibət göstərildiyini və uşağın vəziyyətinin ağırlaşdığını görüb. Bundan sonra son çarə olaraq xəstəni İrana aparıblar. İranda isə ailə həyatının şokunu yaşayıb.

"Burda həkimlər analiz edib, Aydana səhv variant qoyulduğunu dedilər. Qızımız "L” yox, "M” myoblast leykoz imiş. "M” daha ağır, kəskin formadır və ilik transplanyasiyası ilə müalicə olur.
Limfoblast leykoza görə aldığı o qədər kimya, dərman da səhv imiş. 

Həkim soruşdu ki, xəstəlik 4 dəfə qayıdıb. Biz dedik yox, 1 dəfə. Çünki bizə hematologiyada Rəna və Mireldar həkim belə demişdi. İranlı həkim və laboratoriya həkimləri institutun analizlərinə baxıb dedilər ki, laboratoriya da elə "M” göstərib, amma nəticəni həkimlər düzgün çıxara bilməyiblər. Əslində, diqqət etsəydilər, "M” olduğunu görərdilər”.

Hazırda İranda ağır vəziyyətdə olan Aydanın müalicəsinin effektli olub-olmayacağı barədə dəqiq bir şey deyilmir. Çünki uşaq çox gecikib. 
Aydanın bibisi Solmaz Çələbiyeva məsələnin ictimailəşdirilməsini istəyir. Ailə qayıdan kimi həkimlərdən rəsmi şikayətlər edəcək. 

"Biz Hematologiyanın əsas həkimləri Rəna Məmmədova və professor Mireldar Babayevdən narazıyıq, şəxsən şikayətçiyik. Hər həkimə ayda 100 manat vermişik. Müalicəyə 5000 manat xərcimiz çıxdı: onu al, bunu al. Fond üçün pul yığırdılar, guya, nəsə düzəldirlər. 

Bizim günahımız nədir ki, uşaqların başına bu oyunu açırlar? Gəlmişik İrana. Burda da 500 manatımız gedib. Həkim deyir, çalışırıq, bir az reaksiyası olsun ki, xəstəxanaya qoyaq. Bundan sonra nə qədər burda qalmalıyıq. Haram xoşları olsun Hematologiya İnstitutunda xərclədiklərimiz. Bir var doğru müalicə ola, can yandıralar, elə həkimə can qurban, bir də var səni ələ salalar. Bu qədər pul xərcləyir valideynlər, nəticəsi yox, heç o pulların çeki də verilmir. 

İnstitutun baş həkimi Zöhrə xanıma da şikayət etmişəm işçilərini ki, uşağa baxmırlar. Elə yalandan gəlib sistemin şlanqını o yan, bu yan edib gedirlər. Rəhbərlik şikayətlərə baxmır”.

Sayt Məsələ ilə bağlı tanınmış professor, B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya institutunun uşaq şöbəsinin rəhbəri, Aydanın da müalicəsində iştirak etmiş Mireldar Babayevlə əlaqə saxlayıb. Professor xəstəni xatırladı, lakin deyilənlərlə razılaşmadı: 

"Birincisi hər deyilən sözü fakt deyil. Hərə ağlına gələni deyir. Bunun laboratoriyası var, analizi var. Biz havadan diaqnoz qoymuruq. O ailəyə İranda verilən informasiya səhvdir. 

Diaqnoz bir günə qoyulmur. Bir yox, bir neçə müxtəlif laboratoriyanın cavabına baxırıq, təhlil edirik. Hematologiya institutu mənim özəl klinikam deyil ki, deyim ola bilər kimsə səhv edib. 

Mən neçə ilin professoruyam, illərlə diaqnozumuz düz çıxıb, hətta xaricdə də bizim diaqnozlar təsdiqlənib. Bir yox, bir neçə analiz cavablarını üst-üstə qoyub tutuşdurub nəticəyə gəlirik. İndi hərə o ailəyə bir söz deyəcək, inanacaqlar”.

Professor bildirdi ki, uşaq İrandan qayıtdıqda təkrar müayinələr, analizlər aparıla bilər, bu, artıq birbaşa xəstəxanada ailə ilə müzakirə olunub qərar verilməli məsələlərdir. Əgər istəyirlərsə, biz öz diaqnozumuzu bir daha sübut edərik.

Aydan Çələbiyeva hazırda İranda ağır durumdadır. Ailənin maddi vəsaiti isə tükənir. Valideynlər qürbət ölkədə xəstəxana xərclərini qarşılamaq üçün Azərbaycandakı xeyirsevər imkanlı şəxslərdən yardım gözləyir.

Əlaqə və yardım üçün tel:
055 813 53 84
 

Son xəbərlər

Meteor yağışı olacaq - Bu tarixdə

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Balakən kanat yolunun inşasına başlanılıb

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Bütün xəbərlər