{category-title}

“Mal gətirmək adı ilə xaricə 4-5 milyard dollar pul köçürürdülər…”

 

 

Son vaxtlar şirkətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən məhkəmər tərəfindən cərimələnməsi halları artıb. Şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən cərimə olunurlar.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə (270 gün) müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə – vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Xaricə avans ödənişi həyata keçirmiş şirkət 270 gün ərzində banka sənəd təqdim etmədikdə bank Palataya məlumat verir, Palata da protokol ilə məhkəməyə müraciət edir.

Yerli istehsalçı və idxalçı şirkətlər qaydalara dəyişikliklərin edilməsinin lazım olduğunu bildirirlər. Qeyd edilir ki, bir sıra malların ölkəyə daxil olması 270 gündən artıq çəkir.

Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrəndik.

Mərkəzi Bankın sədri Elman Rüstəmov “Marja”ya bildirdi:

““Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” böhran dövründə anti-böhran tədbiri kimi qəbul edilmişdir və bunun real əsasları var idi. Bizim hüquqi şəxslər tərəfindən güya xaricdən mal gətirmək adı ilə 4-5 milyard dollar pul köçürülürdü, amma mallar ölkəyə daxil olmurdu. Belə olan halda ödəmə balansında təxminən 4-5 milyard dollarıq bizim xarici ölkələrə kreditimiz yaranırdı. Biz bunun qarşısını almaq üçün qaydaları qəbul etdik. Əgər pul real ticarət əməliyyatı üçün xaricə köçürülürsə 180 gün ərzində mallar ölkəyə daxil olmalıdır. Sonradan təklif oldu və müddəti 270 günə qaldırdıq.

Hazırda 270 günün bəzi hallarda kifayət etmədiyi barədə obyektiv təklif var.

Doğurdan da bir sıra investisiya malları var ki, onların hazırlanması 270 gündən çox davam edə bilər. Mərkəzi Bank da bununla razılaşdıq. Qaydalara müvafiq düzəlişlər edəcəyik. İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə, malların idxalı üçün 270 gündən artıq vaxt veriləcək. Az bürokratiya, Nazirliyin özünün ekspertizası ilə tələb olunan vaxt veriləcəkdir. Bundan artıq tələblərin yumuşaldılmasına biz qarşıyıq. Çünki keçmiş mənzərinin təkrarına gətirib çıxarda bilər. Azərbaycanın vəsaitləri xaricə köçürülür, əvəzində mallar gəlmir. Belə çıxır ki, biz vəsait köçürülən ölkənin iqtisadiyyatını kreditləşdiririk.

Tutaq ki, şirkət mürəkkəb avadanlıq idxal edəcək. Müqavilədə göstərilib ki, xarici şirkət bu avadanlığı 1 ilə və ya daha uzun müddətə istehsal edəcəkdir. Müqavilə əvvəlcədən İqtisadiyyat Nazirliyinə təqdim ediləcək və orada qeydiyyata alınacaqdır. İqtisadiyyat Nazirliyi də valyuta nəzarəti agenti olan banka məlumat verəcəkdir. Əgər əməliyyat adi əməliyyatdırsa, bu əməliyyatlr üçün 270 gün qalacaqdır.

Yeniliklərdən biri budur ki, bizə Kənd Təsərrüfatı Nazirliyi müraciəti oldu ki, çox kiçik məbləğlərə görə də cərimələr olur. Biz qaydalarda müəyyən güzəştlərin olmasına razılıq verdik. Yəni xırda vəsaitlərə görə, xüsusilə kənd təsərrüfatı üzrə kiçik ixracatçılar cəzalandırılmasınlar”.

Elman Rüstəmov əlavə etdi ki, Qaydaların tətbiqindən sonra tədiyyə balansı Azərbaycanın xeyrinə dəyişib.

“Qaydaların tətbiqi nəticəsində tədiyyə balansında kreditimiz əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu o deməkdir ki, biz o vəsaitləri ölkəyə qaytarmışıq. Məqsəd süni maneə yaratmadan ölkənin valyuta vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək, bu vəsaitlərin hansısa ölkələrdə yatıb qalmasına şərait yaratmamaqdır”.
 

Son xəbərlər

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Bütün xəbərlər