{category-title}

Yevlax Rayon Məhkəməsinin tragikomik “CƏRİMƏ LABİRİNT”i: - “Vaxtında xəbərdarlıq edilsəydi...”

 

“Məhkəmə və icra şöbəsinin səhlənkarlığı ucbatından belə bir vəziyyətə düşmüşəm, ölkədən çıxışıma qadağa qoyulub”.

Yenicag.az-a müraciət edən vətəndaş Anar Nəcəfov Dursunəli oğlu Yevlax Rayon Məhkəməsi ilə İcra və Probasiya Şöbəsinin səhlənkarlığı üzündən problemli vəziyyətə düşdüyünü bildirib. Anar Nəcəfovun sözlərinə görə, 2010-cu ildə törətdiyi avtomobil qəzası nəticəsində bir nəfərə xəsarət yetirib və həmin şəxsin müalicəsi üçün bütün xərcləri ödəyib. Lakin bundan sonra xəsarət alan şəxsin şikayəti əsasında barəsində müvafiq məhkəmə hökmü çıxarılıb.

Yevlax Rayon Məhkəməsinin tragikomik “CƏRİMƏ LABİRİNT”i: - “Vaxtında xəbərdarlıq edilsəydi...”

Bununla belə, dövlət başçısının imzaladığı amnistiya fərmanına uyğun olaraq, cəzasının qalan hissəsini çəkməkdən azad edilib. Lakin bütün problemlər də bundan sonra başlayıb:

“Müalicəsi başa çatandan sonra, həmin şəxs məndən yenə şikayətçi oldu və Xətai Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 263.1 maddəsinə uyğun olaraq, məni 3 il müddətinə azadlıqdan məhrum etdi. Ancaq Ucarda qeydiyyatda olduğuma görə iş həmin rayona göndərildi. Ucar Rayon Məhkəməsinin qərarına əsasən, icbari əməyə cəlb olunaraq, cəzamı Yevlaxdakı kiçik cəzaçəkmə məntəqəsində çəkməyə başladım. Altı ay sonra amnistiyaya düşdüyümü bildirdilər və məni Yevlax Rayon Məhkəməsinə apardılar. Orada məhkəmə zalından azadlığa buraxılaraq, evə gəldim. O zaman cəzamın qalan hissəsi 850 manat məbləğində cərimə ilə əvəz edilibmiş. Yəni azadlığa buraxıldıqda, dövlət büdcəsinə 850 manat cərimə ödəməli olduğum halda, mənə bu barədə heç bir xəbərdarlıq, ya da məlumat bildirilməyib”.

Anar Nəcəfovun sözlərinə görə, onun adına göstərilən məbləğdə cərimə olduğunu və buna görə ölkədən çıxışına qadağa qoyulduğunu yalnız ötən il xarici pasport üçün müraciət edərkən, öyrənib:

“Ötən il xarici pasport almağa gedəndə, bildirdilər ki, sənin ölkədən çıxşına qadağa var. Araşdırmadan sonra məlum oldu ki, 2010-cu ildə baş verən hadisəyə görə ölkədən çıxışıma qadağa var, dövlət büdcəsinə 850 manat cərimə ödəməliyəm. Cəriməni “Kapital Bank” vasitəsilə ödəməli olduğumu bildirdilər. “Kapital Bank”dan isə dedilər ki, cərimənin ödənişi yalnız müvafiq sənəd əsasında ödənilə bilər. Vəkilimlə apardığımız araşdırma zamanı Ucar Rayon Məhkəməsindən bildirildi ki, işə Yevlaxda baxıldığı üçün tələb olunan sənədi oradan almalısan.

Yevlax Rayon Məhkəməsinin tragikomik “CƏRİMƏ LABİRİNT”i: - “Vaxtında xəbərdarlıq edilsəydi...”

Yevlax Rayon Məhkəməsinə müraciətimizdən sonra arxiv yoxlanıldı və lazım olan sənədlər aşkar edildi. Həmin sənədlər əsasında Ədliyyə nazirinə və Bakı şəhər İcra və Probasiya idarəsinə məktub yazaraq, ölkədən çıxşışma qoyulan qadağanın aradan qaldırılmasını xahiş etdim. İcra və Probasiya şöbəsindən Varis Əsədov adlı şəxs mənə zəng edərək, həmin məbləğin nəyə görə indiyə kimi ödədilməməsinin, xəbərdarlıq olunmamasının səbəbini bilmədiyini dedi.

Qanunvericiliyə görə, hökmün verilməsindən 7 il keçdikdən sonra qərar qüvvədən düşmüş sayılır. Buna görə mən yox, məhkəmə məsuliyyət daşıyır. 2013-cü ildə prezident fərman verib ki, müəyyən maddələr üzrə barələrində azadlıqdan məhrumetmə cəzası kəsilmiş şəxslərin məhkumluğunun qalan hissəsi pul cərimələri ilə əvəz edilsin. Həm 2013, həm də 2016-cı ildə verilmiş amnistiya fərmanı mənim mühakimə edildiyim maddəyə də şamil olunub. Yəni hər iki halda cərimədən azad olunmuşam. Vaxtında mənə xəbərdarlıq etsəydilər, təbii ki, cəriməmi ödəyərdim. Ancaq məhkəmə və icra şöbəsinin səhlənkarlığı ucbatından belə bir vəziyyətə düşmüşəm, ölkədən çıxışıma qadağa qoyulub”.

Yevlax Rayon Məhkəməsinin tragikomik “CƏRİMƏ LABİRİNT”i: - “Vaxtında xəbərdarlıq edilsəydi...”

Şikayətçi müvafiq sənədlərin ortada olmasına baxmayaraq, Yevlax Rayon Məhkəməsinin işi süründürməçiliyə saldığını deyir:

“Mənə deyilir ki, məhkəməyə gəlməliyəm və iş yenidən icraya verilməlidir. Məhkəmə və icra orqanının səhlənkarlığına görə niyə mən əziyyət çəkməliyəm? Bununla bağlı Ədliyyə Nazirliyinə də şikayət etmişəm. Xaricdə gözümdən əməliyyat olunmalıyam, lakin məhkəmə və icra orqanlarının günahı ucbatından ölkədən çıxa bilmirəm”.

Anar Nəcəfov növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət ünvanlayaraq, bu iş üzrə süründürməçiliyə son qoyulmasını və ölkədən çıxış məhdudiyyətinin aradan qaldırılmasını xahiş edib. 

Son xəbərlər

Kobaxidze: "Gürcü Arzusu" seçkilərdə qalib gəlir

Tbilisidə etirazlar başladı

Güclü külək olacaq - Xəbərdarlıq

Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq

Yol polisi sürücülərə müraciət ünvanlayıb

Qadın qardaşı ilə dalaşıb qaçdı, avtobus vurub öldürdü

Azərbaycan neftinin qiyməti yenidən 69 dolları ötüb

Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür

Tiktoker qeyri-etik paylaşımlara görə həbs edilib

Erməni arxiyepiskop Mikael Acapaxyana hökm oxunub

Bakının Xətai prospektində hərəkət məhdudlaşdırılacaq

III MDB Oyunları: Qılıncoynatma yarışında ikinci günün qalibi müəyyənləşib

Mikayıl Cabbarov: "Özbəkistan şirkətləri üçün işğaldan azad edilmiş ərazilərdə böyük potensial var"

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Agentlik: Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb

Astarada sel nəticəsinə körpü çöküb

Bakıda kişi tanışını bıçaqlayıb

Tramp: ABŞ rüsumlardan hər il 1 trilyon dollardan çox gəlir əldə edəcək

Almaniya şirkəti Azərbaycandan əlavə təbii qaz almaq istəyir

MDB XİN başçılarının Şurasının iclası Düşənbədə keçiriləcək

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

Filippində baş verən zəlzələdə ölənlərin sayı 72-yə çatıb

İlham Əliyev Kopenhagendə ziyafətdə İŞTİRAK ETDİ - FOTO

Bütün xəbərlər