{category-title}

“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: - “Alacağım kompensasiyanı ona verməliyəm?”

 “Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə?”

Yenicag.az-a müraciət ünvanlayan Qazax şəhər sakini Cəfərova Aynurə Əyyaz qızı “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Tovuz rayon filialının müdiri Elgün Musayevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, ona çatacaq kompensasiyanın ödənilməsinə imkan vermədiyini yazıb.

Aynurə Cəfərova filial müdirinin kompensasiyanın ödənilməsi üçün ondan qeyri-qanuni ödəniş tələb etdiyini bildirib:

“Unibank”ın Tovuz rayon filialının müdiri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, mənə qaytarılmalı olan 1027.06 manat pulu və plastik kartı vermək üçün rüşvət tələb edir. Filial müdiri tələb edir ki, “sən, birinci bizə qalmış borcunu – həmin 1027.06 manatı bizə nəğd şəkildə ver, borcunu bağla, biz də sənə kartını verək”.

Ancaq o, bizim “Unibank”a borcumuzun olduğunu təsdiqləyən heç bir bildiriş vermədi. Əgər mənim banka borcum olsaydı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həmin kompensasiyanı kredit borcuna yönləndirərdi və qeyd etdiyim məbləğin mənə ödənilməsi müəyyən olunmazdı.

Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə? Səhv etmiriksə, həmin Fərmanda kompensasiyaların bizlərə ödənilməsi nəzərdə tutulub.

Mən “Unibank”a olan kredit borcumuzu birinci qrup gözdən əlil, Prezident təqaüdçüsü Mirzəyev İlqar Kərim oğlunun aldığı pulla, balalarımın boğazından kəsərək, onları günlərlə ac qoyub, çətinliklə ödəmişəm və həmin kompensasiyanı da mən almalıyam. Nə üçün mən aldığım kompensasiyanı rüşvət kimi müdirə verməliyəm?

Əminəm ki, mənim şikayətim əsasında qanuni, hərtərəfli araşdırmalar, yoxlamalar aparılacaq, təqsirkar şəxs qanun və Dövlət qarşısında cavab verəcək, mənə verilməli olan kompensasiyanı maneəsiz şəkildə alacağam”.
 

Son xəbərlər

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Nikah və boşanmaların sayı azalıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün xəbərlər