{category-title}

Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət

 

Azərişiq ASC-nin Cəlilabad rayon idarəsinin işçiləri adından prezident İlham Əliyevə müraciət edən Kamran Ağayev ilginc faktları açıqlayır. Narazı vətəndaş yazır:

"Ərizəmlə yazıb sizə bildirirəm ki, Azərişiq ASC-nin Cəlilabad rayon idarəsinin Enerji satışı və Balans uçotu şöbəsinin Ali təhsilsiz rəisi Məmmədov Həbib Qulu oğlunun Vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi Azərbaycan Respublikasinin qanunlarını kobud şəkildə pozub tutduğu vəzifəsindən şəxsi mənafeyini güdüb ona həvalə olunan dövlət əmlakını talaması haqda mənim tərəfimdən əldə olunan fakt-sübütla ilk öncə Azərbaycan Respublikasının baş prokrorluğu yaninda Korrupsiya Qarşi Baş Mubarizə idarəsinin 161-çağrı mərkəzinə və, Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinə bu haqda məlumat verdim. Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinin əməkdaşları Qafarov Elgün və, Quliyev Zamin adlı əməkdaşı mənim iştirakımla Cəlilabad rayon Uzuntəpə kəndində yerləşən FURQAN market adlanan iri tutumlu obyektə baxış keçirən zaman məlum oldu ki obyektin uçot nöqtəsinin düzgün olmadığı, kobud şəkildə pozulduğu və Elektirik xəttin bir başa sayğacsız obyektə qoşulduğu aşkar olundu.

Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinin əməkdaşları Qafarov Elgün və Quliyev Zamin adlı əməkdaşı bir başa Azərişiq ASC-nin baş idarəsi ilə əlaqəyə çıxıb abonent kodu vasitəsi ilə araşdirma apardıqda məlum olduki son 3-aydır həmin obyektə elektirik enerjisi haqda sərfiyyat (bildiriş) verilmir və istifadə olunmuş enerjinin dəyəri ödənilməmişdir.

Əməkdaşlar tərəfindən Axan enerjiye görə 48.6 klovat güc müəyyən olunaraq itirilmiş enerjinin bərpası barədə akt tərtib olundu Və 3-ayda bunun Azərişiq ASC-nə vurduğu zərbəyə görə bir başa Azərişiq ASC-nin Cəlilabad rayon Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu məsuliyyət daşıyır! bunuda xüsusi qeyd etmək istəyirəm ki, Cəlilabad rayon azərişiq idarəsinin balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu bilərəkdən obyektin elektirik sayğacını yandıraraq siradan çixarıb və yeni sayğac quraşdırılmasını təmin etməmişdir. son 3-ayda sərf olunmuş elektirik enerjisi hesabat aparilmadan Azərişiq ASC-nin balansna sıfır olaraq daxil etmişdir. Həmin obyektin sahibindən sərf olunmuş elektirik enerjisinin haqqını rüşvət olaraq mənimsəmişdir.

Bu cür faktlar Cəlilabad rayonunda çoxdur, Qeyri-Əhali sektorunda obyektiv araşdirma aparilsa Məmmədov Həbib Qulu oğlu tərəfindən dövlətə nə qədər ziyan vurulması aşkar olunacaq.
Odur ki, Sizdən xahiş edirəm bu faktların araşdırılmasına və dövlətə vurulan ziyanın qarşısını alınmasına köməylik göstərməklə öz nəzarətinizə götürəsiniz. Onuda qeyd edim ki, Həbib Məmmədovun işçilərdən qeyri-qanuni işə götürmək adı ilə ayrı-ayrı şəxslərdən küllü miqdarda rüşvət alması təsdiq edən fakt (telefon səs yazısı) məndə subut olaraq vardır, Sizin tapşırığınızla başladılan araşdırma zamanı həmin faktları təqdim etməyə hazıram".(Dia.az)

Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət

Son xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün xəbərlər