{category-title}

"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq

 

 

Vaxtilə “Si̇yəzənneft” Neft-qazçıxarma İdarəsinin balansında olan fəhlə yataqxanasının binasında məskunlaşan sakinlər narazıdır.

Onlar şikayət edirlər ki, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinin balansında olan binanın mavi qazını illər öncə kəsiblər. Sakinlər müvafiq qurumlara vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

“Bu illər ərzində bizi dəfələrlə binadan çıxarmaq istəyiblər. Etirazımızı bildirmişik ki, əvvəlcə yaşamaq üçün bizi evlə təmin edin. Lakin sözümüzə əhəmiyyət verən olmayıb”, - yataqxana sakini Rəna Həmidova belə deyir:

“Çox ağır şəraitdə yaşayırıq, bina çox köhnədir, məcburiyyətdən burada qalırıq. Kimin imkanı varsa, mənzilində orta şərait yaradıb. Ayaqyolu ümumidir. Vəziyyət gündən-günə daha da pisləşir, anti-sanitariya baş alıb gedir. Bütün bunlara dözmək olar, heç olmasa, qazımızı bərpa etsinlər. Dəfələrlə aidiyyati qurumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər”.

“Yaxşı olan odur ki, supulu vermirik”- bunu digər sakin Murad Məmmədov deyir və əlavə edir ki, əsas problemləri mavi qazın olmamasıdır:

“Qaz vermirlər, beş adamdan da birinin borcu olanda, gəlib hamının işığını kəsirlər. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayırıq, amma səsimizi çıxarmırıq. Çünki gedəcək yerimiz yoxdur. İnsanların aqibəti ilə maraqlanmırlar, antisanitariyadır, vərəmxanadır bura. Ayaqyolunu gördünüz, min cür xəstəlik tapmaq olar burada. Nevroz olmuşuq. Bir ara bizi çıxarmaq istəyirdilər. Deyirdilər ki, bina yenidən təmir-bərpa edilib, otel kimi istifadəyə veriləcək”.

Əntiqə Vəliyeva da giley-güzar edir. Deyir ki, qışda qazları olmur:

“Yayda da köhnə bina olduğuna görə bit-birənin əlindən tərpənmək olmur. Dərmanlamaqdan yorulmuşuq. Burada təxminən 15 ailə yaşayır. Hər ailədə də 3-4 uşaq var. Bina İcra Hakimiyyətinin balansına veriləndən sonra qazı kəsdilər. İşıqpulunu da çatdırmaq olmur. Dünyanın pulunu yazır. Uzun illərdir, binanı təmirə saxlayırlar, amma ortada heç bir nəticə yoxdur. Gətirib, sayğac quraşdırsınlar, biz də işlətdiyimiz qazın pulunu verək. Bununla bağlı dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etmişik, bizə qaz vermək istəmirlər. Bəhanələri də odur ki, bura təhlükəli yerdir”.

"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq
"İnsanların aqibəti ilə maraqlanmırlar..." - Siyəzəndə narazılıq

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər