{category-title}

"Yoxlamaya gələnlər hirsli gəlib, gülə-gülə gedirlər" - Məktəb direktoru və sinif rəhbərindən nazirə ŞİKAYƏT...

 

 

Bakı şəhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” y sahəsi ev 66, mənzil 9-da yaşayan Babkina Aksana Yurevna Moderator.az-a ünvanladığı şikayət məktubunda oğlu Babkin Danil İvanoviçin təhsil aldığı Suraxanı rayon 275 saylı tam orta məkətbin direktoru Fəridə Şərifovadan və müəllimə Şəlalə Qamzayevadan təhsil naziri Ceyhun Bayramova şikayət edib. 

Müraciətdə deyilir:

Hörmətli cənab nazir! 

İlk öncə onu qeyd edim ki, oğlum Danil Babkin məktəbin 5-ci sinifin oxuyur və özü də əlaçıdır. Təəssüflər olsun ki, oğlum 5-ci sinifə keçdikdən yarım il sonra sinif rəhbəri Şəlalə Qamzayevanın qəzəbinə tuş gəldi. Nəinki mənim oğlum, digər sinif uşaqları da müəllimin bu aqressiv davranışından əziyyət çəkirlər. Bu hansı məntiqə sığır ki, sinif rəhbəri şagirdləri qorxu altında saxlaya və mənim oğlumu vuraraq deyə ki, “Şükür Allaha gələn ildən sən bu sinifdə oxumayacaqsan”. Sinif rəhbərinin bu hərəkətləri onun savadsızlığından, psixologiyanı bilməməsindən, etik normaları aşıb, etikadan uzaq olmasından xəbər verir. Belə bir adamın nəinki sinif rəhbəri, hətta adi bir müəllim işləməsi belə düzgün deyil. Bu məktəbdə özbaşınalıq baş alıb gedir, məktəb kolxoz bazarını xatırladır. Qısası məktəbə gözütox kadr lazımdır. 

Hörmətli cənab nazir! 

Biz valideynlər bütün bunlar haqqında məktəb direktoruna dəfələrlə şifahi məlumat verirdik. Hər dəfə də direktor F.Şərifova bununla bağlı ölçü götürəcəyini desə də, sonradan məlum oldu ki, o, bizi aldadır. Bundan sonra biz valideynlər direktora ərizəylə müraciət etdik, amma cavab almadıq. Biz direktorun kabinetinə gedib müraciətimizə niyə cavab vermədiyini soruşduq. O, isə bizi kabinetindən qovdu. Şikayət edəcəyimizi deyəndə isə bildirdi ki, “hara istəyirsiniz şikayət edin”. Belə etikasız məktəb direktorunu məktəbdə saxlamaq nə dərəcədə düzgündür?! Eləcə də Şəlalə Qamzayeva kimi sinif rəhbərini. Onu da bildirim ki, 275 saylı məktəbin fəaliyyəti ilə bağlı mətbuatda kifayət qədər şikayət yazıları dərc olunub, amma nəticə yoxdur. Yoxlamaya gələnlər hirsli gəlib, gülə-gülə gedirlər. 

Hörmətli cənab nazir!

Biz valideynlərin sizdən xahişi ondan ibarətdir ki, bu məktəb haqqında lazımı ölçü götürəsiniz. Bu gün məktəbdə övladım gözümçıxdıya salınıb və istəmirəm ki, o, da Alinanın taleyini yaşasın. Tədbir görülməzsə, məcbur qalıb Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edəcəm”. 

Məsələylə bağlı 275 saylı məktəbin direktoru Fəridə Şərifovayla əlaqə saxladıq. F.Şərifova Moderator.az-a açıqlamasında şikayətçinin sinifin rəhbəri ilə prinsip aparadığını, Danilin sinif yoldaşlarıyla kobud davrandığını bildirdi:

“Uşağın davranışında problemlər var, söyüş söyür, konfiliktli uşaqdır. Burda da təbii ki, sinif rəhbəri ona irad bildirir ki, belə şey etmək olmaz. A.Babkina isə bizə deyir ki, sinif rəhbərini dəyişin, amma halbuki ortalıqda heç bir şey yoxdur. O, yalan danışır, mən nə onu, nə də başqa valideynləri kabinetimdən qovmamışam. Dəfələrlə qəbulumda olub, mən onu səbrlə dinləmişəm. O, bizdən bir çox qurumlara şikayət edib ki, sinif rəhbəri dəyişdirilsin. Sinif rəhbərinin günahı yoxdursa, onu niyə dəyişməliyəm?! Otuz ilin müəllimidir, savadlı, təmklinli, tərbiyəli insandır”. 

Son xəbərlər

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir

Sabah hava yağmursuz olacaq

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO

Ömür yollarında silinməz izlər buraxan vətənövladı Əkrəm Babayev

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

Haci Adil qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov

Yağıntılar nə vaxt kəsiləcək?

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Bütün xəbərlər