{category-title}

ABŞ Səfirliyindən vətəndaşlarımıza böyük hörmətsizlik: - “Konsul hüquqlarımızı tapdalayır”

 

 

ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarımızı hörmətsizlik edir, viza üçün müraciət edən insanlarla təhqiramiz şəkildə davranır. 

Bakupost.az-ın məlumatına görə, bu barədə Greencard Azərbaycan şirkəti iddia irəli sürüb. Şirkət sosial şəbəkədə bununla bağlı etiraz dalğası başladıb və #SusmaVizaAL haştaqı ilə ABŞ səfirliyini protest edir.

Şirkət rəsmiləri bildirir ki, adətən insan hüquqlarından danışan ABŞ-ın Azərbaycandakı səfirliyi səfirlik binasında hər gün onlarla insanın haqqını pozur: "ABŞ səfirliyinin hazırkı konsulu hər gün onlarla azərbaycanlıya hörmətsizlik edir, hüquqlarını tapdalayır. ABŞ-a viza almaq üçün müracət etmiş çoxsaylı vətəndaşlarımızın təəssüratlarına əsaslanaraq bu nəticəyə gəldik. Bizə müraciət edənlər bildirir ki, konsul onların sənədlərinə baxmadan, normal dinləmədən, səbəb demədən imtina kağızı verib yola salır. Qərəzlilik hiss etdiyini deyən vətəndaşlarımız bilmək istəyir ki, onların sənədləri qaydasında olduğu halda nə üçün imtina alırlar. Nəticədə valideynlər öz övladlarını görməyə həsrət qalır, ailə üzvləri, qohumlar, dostlar, bir - birini ziyarət edə bilmir, tələbə kollecə daxil olsa da, ABŞ təhsili almaq istəyinə çata bilmir, Amerikayla bağlı planları olan minlərlə şəxs məyus olmuş vəziyyətdə qalır. Bu azmış kimi səfirliyə ödənilən 160 ABŞ dolları və digər sənədləşmə işlərinə çəkilən xərclər də itgiyə gedir”.

Greencard Azərbaycan yazır ki, bu ilin payızından Bakı-Nyu York reysinin dayandırılmasının səbəbi də əslində səfirliyin bu qanunsuzluqlarıdır: "Viza alınmasının çətinləşdirilməsi nəticəsində gediş-gəlişlərin azalması olub ki, buna görə də AZAL şirkəti Bakı-Nyu York reysini ilə uçuşları ləğv edir”.

Şirkət bütün bunların arxasında isə ABŞ konsulunun dayandığını hesab edir: "Düşünürük ki, bir konsulun öz vətənimizdə bizlərə qarşı belə hörmətsizlik etmək hüququ yoxdur. Əmin ola bilərsiniz ki, bunlar ABŞ Səfirliyinin mövqeyini əks etdirmir. Çünki praktikada gördüklərimizə əsasən deyə bilərik ki, əvvəlki illərdə ABŞ konsulları viza veriləsi durumda olan hər kəsə viza verirdi və vətəndaşlarımıza qarşı hörmətsizlik etmirdi”.

Şirkət yaydığı açıqlamada bildirir ki, bu faktla bağlı çoxlu sayda narazı şəxslər olarsa, ABŞ səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyindən indiki konsulun təcili öz postunu tərk etməsini və vətandaşlarımıza ABŞ-a viza verilməsinin qanuni müstəvidə aparılması üçün müraciət ünvanlayacaqlar. 

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər