{category-title}

“Lotu Quli”nin 6 böyük düşməni – SİYAHIDA KİMLƏR VAR?

 Hazırda azərbaycanlı qanuni oğru “Lotu Quli”nin 6 böyük düşməni var. Onların hamısı “Quli” üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.
Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazıb.
Ukraynalı həmkarlarımızın fikrincə, “Quli”nin düşmənlərindən biri Emin Əhmədovdur.
Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulinski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu 13 il müddətinə həbs edib.
“Zayka” ləqəbli Zaur Əliyev də bu sıradadır. Vaxtı ilə Moskva bazarlarına nəzarət edən “Zayka” 2014-cü ildə 18 il müddətinə həbs edilib. Sonradan həbsxanada “Quli”nin adamları tərəfindən sındırılıb. O, “Quli”dən intiqam almaq üçün alışıb-yanır.
Tolyattidən olan biznesmen Kamal Quliyev də “Quli”nin düşmənləri sırasındadır. 2015-ci ildə “Quli”nin adamları onu oğurlayaraq ailəsindən 30 milyon rubl pul tələb etmişdilər. Amma Kamal qaçaraq xilas ola bilmişdi.
Hikmət Salayev də “Lotu Quli”nin adamları tərəfindən oğurlanmışdı. Nəticədə külli miqdarda pul və üç maşınını “Lotu Quli”nin adamlarına verdikdən sonra canını qurtarmışdı.
“Albert Rıjı” kimi tanınan Əli Heydərovu isə “Lotu Quli” oğru adından məhrum edib.
Albert “Şakro Molodoy”un (Zaxari Kalaşov) klanına yaxınlaşaraq adını bərpa etmək istəyir.
“Şakro Molodoy” isə çoxdandır “Quli” ilə düşmənçilik edir. Çünki keçmiş post-sovet məkanının bir nömrəli qanuni oğrusu sayılan Zaxari Kalaşov hazırda uzun müddətə həbsxanadadır. Onun yerini “Quli”nin tutmaq arzusu heç kimə sirr deyil.
 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər