{category-title}

"Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?" - GİLEY

 

“Müqaviləyə görə hökumət 2 inək verməli idi, hər ikisi yanıbalalı. Əvəzində 2 xəstə inək və 1 bala gətirdilər. Aylardır əlimdə-ovcumda olanı heyvanların müalicəsinə xərcləmişəm. Tövlə tikməliydim, tikə bilmədim. Bütün pul iynə-dərmana xərcləndi. İndi bilmirəm bu heyvanları harda saxlayım”.

DİA.AZ bildirir ki, Ucarın Qazıqumlaq kəndinin sakini 56 yaşlı Aybəniz Paşayeva belə deyir. Bildirir ki, bir neçə il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünəməşğulluq Proqramına qatılıb. Təklif etdiyi konsepsiya bəyənilib. İmtahandan da uğurla keçib deyə, “sosial yardımdan imtina et, sənə Özünüməşğulluq Proqramı vasitəsilə heyvan verək, saxla, vəziyyətin düzəlsin”, – deyiblər.

“Mən də razılaşdım, hətta çox sevindim. Amma sevincim uzun sürmədi, sonrası peşmançılıq oldu. Gələnlər, bizə verilənlər müqavilədə göstərildiyi kimi olmadı. Hamısı xəstə mallardı. Gələndən müalicə etdirirəm. Nə qədər pul tökmüşəm, heç xeyri də yoxdur. Ağızlarından köpük gəlir. Halbuki müqavilədə deyilirdi ki, hər iki malın yanında balası olmalıdır. Yox idi…”

A.Paşayeva deyir ki, inəklərdən birinin balası olub. Digəri isə ona veriləndən sonra balalayıb:

“Biri bizə gələndən sonra doğdu. Digərinin isə həm özünə, həm də yanındakı balasına qulluq etməkdən yorulmuşuq. Əmələ gəlmirlər. Mən tövlə tikməliyəm ki, bu heyvanı artıram. Ancaq gələn xəstə malları müalicə etdirməkdən sıra tövləyə çatmayıb. İnanın, əlimdə-ovcumda pul da qalmayıb”.

Aybəniz Paşayeva həyat yoldaşını itirib, oğlu ilə yaşayır. Deyir, arada dərzilik edir. Ancaq çox qazanmır. Oğlu isə kənd yerində iş tapa bilmir, işsizdir. Ailə uzun illər ünvanlı sosial yardım alıb. Özünüməşğulluq Proqramına görə onu da kəsiblər. İndi isə vəziyyətlərı bir az da ağırlaşıb:

“Öz ayaqlarım üstündə durmağa çalışıram, amma imkan vermirlər. Heç kimə möhtac olmaq istəmirəm. Pensiyaya yaşım çatmır. Sosial yardım alırdım, ondan da bu mal-heyvana görə imtina etmişəm. İndi evə bir qəpik girmir. Nə edim, bilmirəm. Mənə kömək etsinlər. Necə ki, tövlə üçün yığdığım pulu verdikləri xəstə mal-heyvana xərclədim, indi mənə tövlə tiksinlər. Mənə deyilməmişdi ki, bizə verilən heyvanlar xəstə olacaq. Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?”

Aybəniz Paşayeva düşünür ki, bəlkə də sosialdan imtina etməsəydi, daha yaxşı dolanardı:

“Hamısı xəstə mal-heyvandır, sırıyıblar camaata. Dinəndə də, deyirlər, “demaqoq”san. Dəfələrlə müraciət etmişəm ki, gəlin, baxın, görün bizə nə vermisiniz. Arıq, ayaq üstə dura bilməyən heyvanlar idi. Bu, hələ bunların müalicə alıb özlərinə gəlmiş formasıdır. Ondan da gecə ilə gəlirlər, bilmirik, kimdirlər, nədirlər. Baxıb, ancaq camaatı qınayırlar ki, yaxşı baxmırsız. Siz ölümcül heyvan vermisiz bu camaata, ha baxaq, özünə gələ bilirmi? Nə bilim e, dərd bir deyil, iki deyil”.

A.Paşayeva deyir, Prezident insanların işsizliyini nəzərə alıb, belə bir layihə həyata keçirib, ancaq məmurlar onun bu layihəsini bərbad hala salıblar:

“Dərd burasındadır. İnanın, mənim həmin layihədə tanış olduğum nə qədər insan var, hamısının problemi eynidir. Hələ bir ailəyə normal heyvan verildiyini eşitməmişəm”. (DİA.AZ)

Son xəbərlər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

Bütün xəbərlər