{category-title}

Azərbaycanda devalvasiya təhlükəsi varmı? - ŞƏRH

 

 

"İndiki situasiyada çox kəskin inflyasiya riski gözləmirəm. Çünki inflyasiya riski iki halda baş verir. Yüksək inflyasiya riskindən danışırıqsa, bu, iki halda baş verir. Birincisi, artırılan maaşlar və təqaüdlər daha çox istehlak tələbatının ödənilməsinə yönəlir. İkincisi isə, daha çox təklif inflyasiyasıdır, yəni xərcləri artırır".


Anews.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev "Amerikanın Səsi"nə müsahibəsində deyib."Müəssisə və təşkilatlarda işləyən insanların maaşları artır. İstər-istəməz bu maaşlar istehsal xərclərinin tərkibində oturur. Amma bu artırılan vəsaitlərin həcminin ümumilikdə istehlak dövriyyəsi ilə müqayisədə, eyni zamanda istehsal xərclərinin ümumi həcminə nisbətdə çox böyük olmadığını nəzərə alsaq, mən yüksək inflyasiya riski gözləmirəm. Bu il hökumət 2 faiz inflyasiya proqnozlaşdırır, maksimum 2 faiz də əlavə olacağını gözləyir. Hətta ondan bir qədər də yüksək inflyasiya olması mümkündür. Tutaq ki, 5 faiz, 6 faiz mümkündür. Açığını deyim, Azərbaycanda 2019-cu il üçün iki rəqəmli infilyasiya riski gözləmirəm" deyə ekspert bildirib.


Rövşən Ağayev "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə hökumət öz üzərinə həm də sosial bir risk götürüb. Bununla bağlı problemin həllini necə görürsünüz" sualına belə cavab verib: "Çox doğru yanaşmadır. Yəni, bilirsiniz ki, indiyə qədərki dövrdə hökumətin büdcə siyasətində, xərcləmə siyasətində belə bir prioritet olmuşdu ki, mümkün qədər sosial xərcləri az götürürdülər. Məsələn, tutaq ki, maaş və təqaüd xərclərinin büdcədə payı heç bir halda 30 faizi ötmürdü. Amma indiki situasiyada, mənim hesablamalarıma görə, bu göstəricinin 40 faizi ötəcəyi gözlənilir. Aşağı sosial yükün götürülməsi hökuməti həmişə büdcə riskindən qaçırırdı. Tutaq ki, neftin hətta 30 dollar olduğu dövrdə belə manat üçün risk yaransa da, büdcə yükünün daşınması üçün, büdcə yükünün hökumətin çiynində daşınması üçün o qədər risk yaratmırdı. Mən düşünürəm ki, bu il üçün deyil (sosial xərclər elədir ki, investisiya xərclərindən fərqli olaraq artıbsa, onu azaltmaq olmaz), 2020-ci ildə də ən azı 2019-cu ilin sosial xərc səviyyəsini gözləməlidir. Sosial xərclərin büdcədə payının artması hökumət üçün, mən deyərdim ki, həm də bir büdcə tələsidir. Yəni artıq manatın məzənnəsi bu günə kimi hökumət üçün bir tələ idisə, - yəni neftin qiymətindən asılı olaraq, - düşünürəm ki, sosial xərclərin artırılması artıq hökumət üçün növbəti, başqa bir tələ, büdcə tələsi yaradıb. Burada maraqlı bir detalı da deyim. Hökumət büdcədə həmişə investisiya xərclərini yüksək tuturdu. İnvestisiya xərcləri elə xərclərdir ki, hökumət onunla manevr edə bilirdi. Siz yaxşı bilirsiniz ki, 2015-2016-cı illərdə hökumət investisiya xərclərinin həcmini iki dəfə aşağı saldı. Yəni, o xərclərlə manevr edə bilirdi. Amma, sosial xərclər elə xərclərdir ki, hökumət o xərclərlə manevr edə bilmir. Ona görə də, mən düşünürəm ki, siz haqlısınız. Hökumət artıq sosial xərcləri artırmaqla özü üçün risk, bir büdcə tələsi yaradır".


Ekspert yaxın aylarda devalvasiya riski görmədiyini bildirib: "İş orasındadır ki, bu gün qiymətlər daha çox artdı. Siz baxsanız, görəcəksiniz ki, ötən illə müqayisədə istehlak səbətinin dəyərini hökumətin özü 136 manatdan 180 manatadək artırıb. Hətta, məlumat var ki, yenidən baxılmaq məsələsi var. Yəni qiymətlərin artdığı bir şəraitdə insanlar o vəsaitləri daha çox yaranmış izafi xərclərə yönəldəcək, nəinki dollar almağa. Əgər qiymətlər dəyişmədiyi şəraitdə, istehlak mallarının qiymətinin dəyişmədiyi şəraitində, yüksək inflyasiya olmadığı şəraitdə, bu baş verərdisə, bəli, insanlar əlindəki əlavə pul kütləsini daha çox etibarlı yığım vasitəsi kimi xarici valyutaların alınmasına yönəldərdi. Bu, bazarda müəyyən bir narahatlıq yarada bilərdi. Bu, məsələnin bir tərəfidir. Bu, baş verməyəcək. 


Amma ikinci tərəfi var ki, bəli, ola bilər ki, əlavə məhsullar gətirmək lazım gəlsin (biz idxaldan asılıyıq), xarici mala tələbat artsın. Bu riski də önləyən başqa bir səbəb var. Neftin qiyməti indi kifayət qədər yüksəkdir. İndiki valyuta bazarındakı təklif tələbi əhəmiyyətli dərcədə üstələdiyi üçün, ən azı yaxın altı ayda, yəni ilin sonunadək belə bir risk görünmür. Siz dediyiniz risk nə vaxt meydana çıxacaq? Neftin qiyməti 50 dollara və bunun altına düşərsə, artıq həm büdcə tələsi, həm də manatın məzənnəsindən asılılıq valyuta bazarı üçün də əlavə risklər yarada bilər".

Son xəbərlər

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək -XƏBƏRDARLIQ

Xocalıya növbəti köç OLACAQ

Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb

DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq

Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ağdaşda 14 yaşlı oğlan kanalda boğulub

Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Foto

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

Prezident Qanun imzaladı

Messi Bakıda Qarabağ atları ilə tanış olub - FOTO

İvanişvilinin sərvəti AÇIQLAND

Sabah bəzi ərazilərə yağış və qar yağacaq - PROQNOZ

Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub YAZDI

Cənubi Koreya polisi prezidentin ofisində axtarış aparıb

Sabah bu yollarda məhdudiyyət olacaq

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: Liqa mərhələsində VI tura yekun vurulacaq

"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil edən şəxs: "İmam elan olunduğum üçün mənə hər şey olar"

Bütün xəbərlər