{category-title}

Vilayət Eyvazovun islahat hədəfi... – Hansı generallar yola salınacaq?

 Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olundu. Onun yerinə isə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov gətirildi.

Bakupost.az-ın məlumatına görə, peşəkar və bir o qədər də qətiyyətli kadr kimi tanınan Eyvazovun keçmiş nazirin kadrları ilə işləməyə davam edəcəyi, yoxsa özünün komandasını formalaşdıracağı sualı öz vacib cavabını gözləyir. 

Yeni nazir bu sistemdə uzun illər ikinci şəxs kimi çalışdığı və keçmiş nazir Ramil Usubovun əsas kadrı olduğundan nazirlikdə ciddi dəyişiklik ediləcəyi gözlənilmir. Amma müəyyən yüksək vəzifələrdə yerdəyişmələrin ediləcəyi də iddialar arasındadır. 

BakuPost-a daxil olan məlumata görə, Vilayət Eyvazov ilk növbədə Usubovun "illərin xətrinə görə” toxunmadığı, yaşı 60-dan çox olan kadrlara "əl gəzdirəcək”. 

Yeni nazirin islahatlara yol polis sistemindən başlayacağı bildirilir. Belə ki, bu barədə redaksiyamızı məlumatlandıran qaynağın sözlərinə görə, son illərdə polis orqanlarının nüfuzuna ən çox xələl gətirən sahə kimi adı çəkilən yol polisində islahatların həyata keçirilməsi əsas hədəflərdən biridir. 
Bildirilir ki, mətbuatda Daxili İşlər Nazirliyi və polis sistemi ilə bağlı yazılan tənqidi materialların böyük əksəriyyəti məhz yol polisinin fəaliyyəti ilə bağlı olur. Bu isə polisin imicinə xələl gətirən problemlərdən biri kimi qiymətləndirilir. Yeni nazir Vilayət Eyvazov da məhz bu amili nəzərə alaraq, yol polisi sistemində dəyişikliyə getmək, yol polisinin fəaliyyətindəki qüsurları ən qısa müddətdə həll edərək, DİN-in nüfuzuna neqativ təsir edən səbəbləri aradan qaldırmağı prioritet görür. 

Məlumata görə, 25 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postunu tutan Ramiz Zeynalovla vidalaşmaq yeni nazirin qarşısındakı duran əsas işlərdəndir. Mənbə deyir ki, 1994-cü ildə Ramil Usubovun Daxili İşlər naziri təyin edilməsindən bir neçə ay sonra bu posta gətirilən və artıq 25 ildir, keçmiş nazirlə işləyən R.Zeynalovun vəzifədən uzaqlaşdırılmasının hüququ zəmini də var. DYP rəisi yaş senzi ilə əlaqədar tutduğu postdan ayrılacaq və təqaüdə göndəriləcək. 

Bəllidir ki, Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüd vaxtıdır. Ona görə də onun yaxın günlərdə pensiyaya göndəriləcəyi şübhəsizdir. Ramiz Zeynalovun 1994-cü ildən bəri Ramil Usubovla birlikdə işlədiyini də nəzərə alsaq, yaş senzini keçməsinə və təqaüd yaşında olmasına rəğmən onun tutduğu postdan niyə uzaqlaşdırılmadığını anlamaq mümkündür. 

Eyni zamanda, Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi, Ramiz Zeynalovun əsas kadrı Nuşirəvan Səfərovun da yaş senzi ilə bağlı təqaüdə yollanacağı bildirilir. Artıq 10 ilə yaxındır, Bakıda yol polisinin rəhbəri vəzifəsini daşıyan Səfərovun da yaşı təqaüd vaxtıdır.

Qeyd edək ki, nazir V.Eyvazov birinci müavin kimi DİN-də müstəsna səlahiyyətlərə malik olsa da, yol polisi ilə bağlı məsələlər birbaşa Ramil Usubovun nəzarətində olub. Ona görə də yeni nazirin bu postlara öz adamlarını gətirəcəyi iddia etmək əsassız olmaz. 

Yeni nazirin bu dəyişiklikləri ilin sonuna qədər bitirəcəyi və yeni ilə özünün yeni komandası ilə başlayacağı qeyd edilir.
 

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər