{category-title}

Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edib. Qardaş ölkənin baş diplomatı fransalı həmkarı Jan İv Le Drianla keçirdiyi mətbuat konfransında işğalçı Ermənistana çağırış edib. “Yeni Müsavat” xarici qaynağa istinadən xəbər verir ki, Çavuşoğlu İrəvana Osmanlı İmperiyasında uydurma “erməni soyqırımı” məsələsini öyrənmək üçün işçi qrupu yaratmağı təklif edib.

“Əgər Ermənistan özünə, haqlı olduğuna əmindirsə, o zaman otaq işçi qrupu təklifimizi qəbul eləsin. Qoy bu qrupa Fransa, Rusiya və ABŞ-dan da nümayəndələr daxil olsun. Ermənistan kimi istəyir ora təklif edə bilər. Gəlin, arxivləri açaq”, - deyə nazir qeyd edib və vurğulayıb ki, Türkiyə işçi qrupunun tədqiqatların yekununda gələcəyi istənilən qərarı qəbul etməyə hazırdır. O, həmçinin bu məsələ ilə bağlı elmi işlərin fövqündə verilən populist qərarları pisləyib.

*****

Türkiyə XİN rəhbərinin bu təklifi məhz Parisdə verməsi ikiqat önəm daşıyır. Çünki Fransa saxta soyqırım iddiası ilə bağlı ən çox canfəşanlıq edən, bundan zaman-zaman qardaş ölkəyə qarşı siyasi təzyiq aləti kimi istifadəyə çalışan böyük Avropa dövlətidir. Saxta genosidi inkara görə cəza nəzərdə tutan tək ölkə də yenə Fransadır. Az öncə isə prezident Emmanuel Makronun sərəncamı ilə 24 aprel Fransada “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi elan edildi.

Çavuşoğlunun son bəyanatı, onun Parisdən İrəvana səslənişi bu mənada olduqca yerinə düşür və Fransanı da, onun “kiçik bacısı” Ermənistanı da “naqolay” vəziyyətə qoyur, İrəvanı, faktiki, küncə sıxır. Ən əvvəl o səbəbə ki, qardaş ölkə rəsmiləri arxivlərin açılacağı təqdirdə erməni yalanlarının üzə çıxacağına və bu yalanlara həqiqət donu geydirməyə çalışan Fransa kimi Qərb dövlətlərinin rüsvay olacaqlarına əmindir.

Belə bir müstəqil işçi qrupu yaradılarsa, yekunda məlum olacaq ki, Osmanlı İmperiyasında soyqırımı türklər deyil, Rusiyanın, Fransanın təhriki və dəstəyi ilə elə ermənilərin özləri törədib. Odur ki, illərdir Ankaranın təklif elədiyi bu təklifə Ermənistanın razı olacağı inandırıcı deyil. Həm də o səbəbə ki, ermənilər uydurma “genosid” məsələsindən Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün istifadə edirlər - türklər tərəfindən “soyqırım”a məruz qalmış “əzabkeş xalq” olaraq.

Çavuşoğlunun təklifi bu xüsusda ermənilərin Qarabağa iddialarına da ciddi zərbədir və heç sübhisiz, İrəvanı küncə sıxmaq, fakt qarşısında qoymaq, onun təcavüzkar xislətini faş eləmək niyyəti güdür. Türkiyənin işğalçıya daha bir zərbəsi isə bir neçə gün öncə Ermənistanın bölgədə təklənməsinə hesablanmış Azərbaycan-Türkiyə-Gürcüstan formatı üzrə, faktiki, yeni hərbi ittifaqın yaradılması, üç ölkənin ortaq təlimləri barədə Qəbələ razılaşması oldu.

*****

O da maraqlıdır ki, Türkiyə XİN başçısının Paris səfəri ərəfəsində Fransa məhkəmələri bu ölkənin müxtəlif şəhərləri ilə Qarabağ arasında vaxtilə imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Gözlənildiyi kimi, bu da Ermənistanı təşvişə salıb. Ona görə ki, əvvəla, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri və işğalçıya rəğbəti olan Avropa dövləti sayılır, ikincisi isə, Fransa bununla faktiki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğı izhar etmiş olub.

“Fransa məhkəmələri Fransanın müxtəlif şəhərləri və Qarabağ arasında imzalanmış dostluq müqavilələrini bir-bir ləğv edir”. Bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyan deyib (teleqraf.com). Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir.

“Bizim səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır. Məsələn, dünən (srağagün - red.) Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşdü. Bundan əvvəl Türkiyə və Azərbaycan Naxçıvanda birgə hərbi təlimlər keçirdi. Üç ölkənin müdafiə naziri hərbi əməkdaşlıq barədə anlaşdı, əslində dünən (srağagün - red.) bölgədə yeni hərbi ittifaq quruldu. Nə parlamentdən, nə də rəsmi İrəvandan buna reaksiya verilmir, Ermənistanda hamı səssizliyə çəkilib”.

V.Hovannisyan Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da bu ölkədən üz çevirdiyini bildirib: “Minsk Qrupunun üzvü olan dövlətlərdən birində Ermənistan əleyhinə təhlükəli proseslər gedir. Bir-bir Qarabağ və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələri Fransa məhkəmələri tərəfindən ləğv edilir. Bu, yaxşı təşkil edilən və Ermənistanı təhdid qarşısında qoyan bir kampaniyadır”.

*****
Diqqətçəkicidir ki, Qarabağ məsələsində ermənilərin digər, 1 nömrəli havadarı olan Rusiya da hazırda İrəvana isti münasibətdə deyil. Ermənistanın keçmiş prezidenti, Putinin yaxın dostu Robert Köçəryanla bağlı yaşanan olaylar buna parlaq sübutdur. Məlumdur ki, enində sonunda Putin öz dostunu zindandan qurtara bildi. Srağagün isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Köçəryanla görüşüb. Söhbətin məğzi açıqlanmır. Ancaq aydındır ki, Moskva bununla Paşinyana bir daha mesaj verib ki, onun adamları toxunulmazdır.

O da bəllidir ki, Dağlıq Qarabağdakı separatçı rejim İrəvandan çox, Moskvaya bağlıdır, Kremlin direktivlərini yerinə yetirir. Bu üzdən son günlər İrəvan-Xankəndi çəkişməsinin dramatik xarakter alması ən çox Moskvanın diqqətindədir.

“Moskva İrəvanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir”. Bunu 1in.am saytına müsahibəsində erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib (Axar.az). “Moskva çox istərdi ki, Ermənistanın inqilabi hökuməti Dağlıq Qarabağ məsələsində çox ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Dağlıq Qarabağdakı ”hökumətin" uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin varlığını sual altına qoyacaq", - deyə o bildirib.

Bu, artıq Moskvadan Paşinyan hökumətinə yeni və açıq bir hədədir. Hər halda, Tarasov bir qayda olaraq, Kremlin ovqatına uyğun açıqlamalar verir...
“Yeni Müsavat”
 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər