{category-title}

Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM

 

Bu gün redaksiyamıza Bakı şəhər 5 saylı Kliniki Xəstəxanası haqqında şikayət daxil olub.

Bizimhedef.info-ya daxil olan məlumatda deyilir ki, 5 saylı Kliniki Xəstəxanada antisanitariya və özbaşınalıq baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var.

Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.

Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.

Xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır.

Məlumatda daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir. 5 saylı Kliniki Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının "əl-qolunu” açır. Rayon xəstəxanalarından "göndəriş" gətirilməsini bəhanə edərək xəstələri soyurlar.

Bizimhedef.info




Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər