{category-title}
Gündəm / Kriminal
10.06.2019, 11:28
Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi
Bakıda ər arvadının boğazını kəsib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyat yoldaşı ailə münaqişəsi zəminində onun boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.