{category-title}

Dövlət Neft Fonduna kəskin ittihamlar... - "Korrupsiya iyi verən məlumatlar"

 Dövlət Neft Fondunun astarı üzündən betər təkzibi. Tanınmış iqtisadçı-alimi, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu Neft gəlirlərinin hesabına formalaşmış mövcud valyuta vəsaitlərin pis idarəolunması ilə bağlı son açıqlamalarına Dövlət Neft Fondunun cavabını məhz belə adlandırıb. O ARDNF-nin onun açıqlamalarına verdiyi cavabları təhlil edib və öz "Facebook" səhifəsində paylaşıb.

Yeniavaz.com həmin məlumatı təqdim edir:

"Dövlət Neft Fondunun astarı üzündən betər təkzibi

Fondun açıqlaması ilə tanış olun və görün neft pullarını kimlər və necə idarə edirlər.

Məlum olacaq ki, Azərbaycanın "baş maliyyə analitikləri" də təmir-tikinti işləri ilə məşğuldurlar.

Neft gəlirlərinin hesabına formalaşmış mövcud valyuta vəsaitlərin pis idarəolunması ilə bağlı son açıqlamalarıma Dövlət Neft Fondunun cavabı çox ləngimədi. Fondun açıqlamasını neft pulları hesabına tikilən mənzillərdən hər gün Xəzər dənizindəki buruqları doyunca seyr edən redaktor və jurnalistlər qısa müddətdə və yetərincə tirajlayıb. Mən isə sizə və müstəqilliyə dəyər verib, fədəkarlıq edən mətbuata, bloqerlərə və azad jurnalistlərə güvənərək, neft gəlirlərinin pis idarəolunması ilə bağlı araşdırmalarımı davam etdirirəm. Buna rəqmən ilk növbədə sizin diqqətinizi Fondun dünənki açıqlamasında yer alan 3 məqama yönəltmək istərdim.

1) Açıqlama vermişəm ki, ARDNF-nin sahibi olduğu Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən 57,35 milyon funt sterlinq və ya 121 milyon dollar dəyər itirən 11 min kvadrat metr sahəsi olan daşınmaz əmlak obyekti istifadəsiz qalıb. Bununla bağlı, Dövlət Neft Fondu bildirir ki, "Hal-hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub. Təbii ki, yuxarıda da qeyd olunduğu kimi, daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq, yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənilir."

2) Açıqlana vermişəm ki, Moskvanın "göbəyində" Tverskaya 16 ünvanında yerləşən, 18 min kvadrat metr sahəsi olan, bazar dəyəri son 6 ildə 84,5 milyon dollar ucuzlaşan ARDNF-ə məxsus ofis və ticarət mərkəzinin icarəsindən 2018-ci il üçün Fondun büdcəsinə 1 rubl belə çatmayıb. Dövlət Neft Fondunun açıqlamasında qeyd olunur ki, "Rusiyanın Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektində də müvafiq təmir işləri aparılmaqdadır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilmişdir. Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam etməkdədir və bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir."

3) Açıqlama vermişəm ki, Dövlət Neft Fondu son 2 ildə VTB bankına sərmayələdrən 216 milyon dollar itirib. ARDNF isə açıqlamasında bildirir ki, "VTB Bankın bütün istiqamətlərdə bazar mövqeyi və payı möhkəmlənmişdir. 2018-ci il VTB Bank üçün mütləq rəqəmlər baxımından uğurlu il olsa da, təəssüf ki, bankın bazar dəyərində azalma tendensiyası müşahidə olunmuşdur. Bundan savayı, Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarının Rusiya dövlət bankları üçün beynəlxalq maliyyə bazarlarından ucuz kapital cəlb etmə imkanını faktiki olaraq yoxa endirməsi və sanksiyaların davam etməsi ( məs. Rusiyanı SWIFT sistemindən ayırma) fonunda VTB Bankın səhm qiymətlərində volatilliyin hələ müəyyən müddət davam edəcəyini gözləmək olar".

Ekspert sonda ARDNF-ə Rusiyadakı sərmayələri niyə geri çəkməməsi haqqında sual ünvanlayıb və ona verilən cavabı "korrupsiya iyi verən məlumatlar" adlandırıb: "Bu açıqlamadan çıxan qənaət ondan ibarətdir ki, VTB-yə sərmayələrdən itkilər bu ildə də davam edəcək. Bəs onda nədən biz 3 ildir ki, itirə-itirə gedirik, amma Rusiyadan sərmayələri geri çəkmirik?

Dövlətin Neft Fondunun hər il 100 milyonlar dollar itkisinə necə haqq qazandırmaq olar? Sizcə nə qədər susmalıyıq, buyurun dəstək olun və paylaşın ki, bu korrupsiya iyi verən məlumatlar ictimailəşsin".
 

Son xəbərlər

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Bütün xəbərlər