{category-title}

Arvadını güllələyən prezident köməkçisi dövlət televiziyasında danışdı, hiddətə səbəb oldu

 

İran prezidentinin keçmiş köməkçisi, bu günlərdə ikinci arvadını güllələdiyi üçün həbs edilən Məhəmməd Əli Nəcəfinin təcridxanadan dövlət televiziyasına verdiyi müsahibə ölkədə hiddətə səbəb olub.

Virtualaz.org xəbər verir ki, Nəcəfi saxlanıldığı polis bölməsində verdiyi müsahibədə deyib ki, xanımı Mitranı mübahisə əsnasında "təsadüfən" öldürüb.

Həm bu müsahibə, həm də hadisənin özü İranda böyük mübahisələrə səbəb olub. Dövlət televiziyasının müxbirinin Məhəmməd Əli Nəcəfidən aldığı müsahibə sosial hiddət doğurub, hakimiyyətin ünvanına kəskin tənqidlərə səbəb olub və ölkədə qadın hüquqları ilə bağlı məsələni gündəmə gətirib.

Həmin müxbir cinayətlə bağlı hazırladığı xəbərdə Mitra Nəcəfinin öldürüldüyü silahı da nümayiş etdirib. O xəbərdə Tehran Təhlükəsizlik İdarəsinin nümayəndəsi general Rza Lütfiylə müsahibə də yer alıb. O, Nəcəfinin beş dəfə atəş açdığını, Mitra Nəcəfiyə iki güllə dəydiyini deyib.

Sosial media istifadəçiləri cinayətdə şübhəli bilinən Nəcəfiyə müsahibə boyu "hörmətlə yanaşılmasını" da tənqid ediblər.

Növbəti gün Nəcəfi məhkəməyə məhbus geyimində gətirilib. Onun bu geyimdəki şəklinin paylaşılmasını iranlılar müsahibənin doğurduğu narazılığı azaltmaq cəhdi kimi qiymətləndiriblər 35 yaşlı Mitra 67 yaşlı Nəcəfinin ikinci arvadı imiş. İranda çoxarvadlılıq qanunla icazə verilən hal olsa da, onların arasındakı yaş fərqi də sosial mediada tənqid edilib.

İRNA xəbər agentliyinə müsahibə verən hakim Məhəmməd Səhriari son zamanlar Nəcəfiylə arvadı arasında problemlər olduğunu deyib. Hadisə zamanı Mitra Nəcəfinin 13 yaşlı oğlunun da evdə olduğu bildirilir.

Nəcəfinin ilk evliliyindən olan qızı isə istintaqa verdiyi ifadədə Mitranın "İranda bir kəşfiyyat qrupuyla əlaqəli olduğunu" deyib. Bunu Məhəmməd Əli Nəcəfi də iddia edib.

İslahatçılar qanadına yaxın şəxs kimi tanınan Məhəmməd Əli Nəcəfi 2018-ci ildə Tehran meri vəzifəsindən istefa verib.Bununla bağlı rəsmi açıqlamasında o, səhhətindəki problemləri səbəb göstərib. İstefadan dərhal sonra Nəcəfinin ikinci dəfə evlənməsi xəbəri yayılıb.

İslahatçı Həsən Ruhaninin qalib gəldiyi 2013-cü ildə Nəcəfi 7 ay prezident köməkçisi vəzifəsində çalışıb. Amerikanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Massachusetts Texnologiya İnstitutunun (MİT) riyaziyyat fakültəsini bitirmiş Nəcəfi müxtəlif vaxtlarda müxtəlif nazirliklərə rəhbərlik edib.

Son xəbərlər

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər