{category-title}

Azərbaycan muzeyləri Moskva festivalında iştirak edirlər

 

Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada keçirilən “İntermuzey” XXI Beynəlxalq Festivalında iştirak edirlər.

Moskvanın “Monej” Mərkəzi Sərgi Kompleksində “Peşəkarların dialoqu” mövzusunda keçirilən “İntermuzey” festivalında Rusiyanı və dünyanın digər ölkələrini təmsil dən 400-dən çox muzey iştirak edir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, muzey 2011-ci ildən “İntermuzey” festivalında iştirak edir. “Bu il biz muzeyimizin filialı olan, 2018-ci ildə açılmış Qara Qarayevin ev-muzeyindən eksponatlar təqdim edirik. Dahi bəstəkarımızla bağlı çap məhsulları, filmlər nümayiş etdirir, Qara Qarayevin təkcə Azərbaycan mədəniyyətində deyil, dünya mədəniyyətində rolu barədə ziyarətçilərə məlumat veririk”, - deyə A.Bayramova bildirib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, həmçinin Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının stendində də təmsil olunur.

A.Bayramova vurğulayıb ki, rəhbərlik etdiyi muzey bu il 10 illiyini qeyd edən assosiasiyanın həmtəsisçisi və üzvüdür.

Azərbaycan Xalça Muzeyi festivalda əl işi olan xalçalarla təmsil olunur. Muzeyin baş mütəxəssisi Aynur Məmmədova ziyarətçilərə Azərbaycanda xalçaçılıq sənətinin tarixi və inkişafı barədə məlumat verir. O, festival çərçivəsində keçirilən “Elmi-fond işinin əsas cəhətləri. Kolleksiyanın komplektləşdirilməsi, saxlanması və öyrənilməsi problemləri” mövzusunda sessiyada da iştirak edib.

Muzeyin mütəxəssisi çıxışında Azərbaycan Xalça Muzeyində kolleksiyaların komplektləşdirilməsi, saxlanma şəraitindən danışıb.

A.Məmmədova bildirib ki, hazırda muzeydə komplektləşdirmə işinə yeni yanaşma tətbiq edilir. Muzeyin direktoru Şirin Məlikovanın rəhbərliyi ilə kolleksiyanın zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Bəzi eksponatlar ekspedisiyalar zamanı əldə edilib. İlk dəfə olaraq Azərbaycanda Xalça Muzeyi eksponatların hərraclardan alınması təcrübəsini tətbiq edib. A.Məmmədova deyib: “Avropa hərraclarından, şəxsi kolleksiyalardan qədim xalçalar alınıb Azərbaycana gətirilir. Eyni zamanda, həm həmyerlilərimiz, həm də əcnəbi vətəndaşlar muzeyimizə hədiyyələr edirlər. 2018-ci ildə İtaliya kolleksiyaçıları bizə 3 xalça hədiyyə edib. Heydər Əliyev Fondunun dəstəyi ilə XVII əsrə aid iki nadir Qarabağ saray xalçası Azərbaycana qaytarılıb”.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər