{category-title}

"Avroliqanın finalı Avropa çempionatı üçün yaxşı test oldu" - Elxan Məmmədov

 

"Arsenal"ın və "Çelsi"nin təkcə Londondakı deyil, Bakıya səyahət edən  digər ölkələrdəki azarkeşləri olan xarici turistlərin sayından məmnun qaldıq. Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Bu biletlər satılmadığı üçün məyus olmadıq. Hesab edirəm ki, onlar bileti saxlamağa qərar verdilər. Bəlkə də, UEFA-ya qaytarmaq istəmədilər".

Qol.az-ın İngiltərənin "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Avroliqanın Bakıdakı finalı haqda danışarkən deyib.

O, stadiona gələn 30 min xarici və 22 min yerli azarkeşin yaratdığı mühit haqda da danışıb: "Şəhərdə əsl bayram idi. Bir növ London küçələrinə bənzəyirdi. "Arsenal" və "Çelsi" azarkeşləri tərəfindən yaxşı izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqram var idi, açılış mərasimi gözəl idi. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm".

E.Məmmədov bildirib ki, Aropa Liqasının final oyunu gələn il ölkəmizdə 4 oyunu keçiriləcək Avropa çempionatı üçün yaxşı test olub: "Final zamanı nəqliyyatı və bütün təşkilatçılığı sınadıq və bunu təhlil edəcəyik. Ancaq mənfi yöndə heç bir xəbər eşitmədik. Avropa çempionatı milli səviyyəsində böyük hadisədir. Avropa Liqasının finalı isə Bakının nələr edə biləcəyinin yaxşı göstəricisi idi".

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər