{category-title}

Prezidentin etimadını doğruldan şəxs - Mirdaməd Sadıqov

 

 

Mirdaməd Sadıqov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bizimlə görüş zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, cari ildə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılmış, genişmiqyaslı tikinti-abadlıq işləri görülmüş, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gündən-günə artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən dünya səviyyəli mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu da bir daha sübut etdi.

 

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdu .


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

 

Mirdaməd Sadıqov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

 

Mirdaməd Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

 

İsmayıllı rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub. 

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi İsmayıllı da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə İsmayıllı, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.

 

***

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi işçisidi. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdu. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir .

 

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

 

Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

 

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Mirdaməd Sadıqovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

 

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

 

P.S. PressXeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

 

 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər