{category-title}

“İntim şəkillərini göndər, yoxsa...” - Azərbaycanda qadına ŞOK ŞANTAJ

 

 

Azərbaycanda gənc qadını sosial şəbəkə vasitəsi ilə şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Mahmud Mərdanovun (cinayət işindəki ad və soyadları şərti veririk – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

PressXeber.info Teleqraf.com-a istinadən xəbər verir ki, Mahmud Mərdanov 2017-ci ilin sentyabrın əvvəlində mobil telefonunda “votsap”dan Səlimə Babayevaya mesaj yazıb.

Mahmud Mərdanov Səlimə Babayevaya özünü “Raul” adlı şəxs kimi təqdim edib, onunla tanış olub.

Daha sonra Səlimə Babayevanın profilində olan fotoşəkili mobil telefonuna köçürüb, onunla cinsi əlaqədə olmağı təklif edib. Ancaq rədd cavabı alıb. Bu səbəbdən o, Səlimə Babayevanın fotoşəkilini Feysbukda “Səlimə Babayeva” profilində yerləşdirib, onun əxlaqsız və fahişəliklə məşğul olması barədə elan verib.

Ardınca həmin elanı silmək üçün Səlimə Babayevadan sinəsinin və cinsiyyət üzvünün fotoşəkillərini tələb edib. Səlimə Babayeva elanın silinməsi üçün Mahmud Mərdanovun tələbini yerinə yetirib.

Həmin il sentyabrın 15-də Mahmud Mərdanov Feysbuk və digər sosial şəbəkələrdə Səlimə Babayeva haqqında rüsvayçı məlumatlar yaymaqla 100 manat pul tələb edib.

Səlimə Babayeva sentyabrın 17-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərkəzi Poçt Filialı vasitəsi ilə 100 manatı Sumqayıt şəhərində yerləşən Mərkəzi Poçt Filialının 11 saylı poçt şöbəsinə Mahmud Mərdanovun dayısı oğlunun adına göndərib. Mahmud Mərdanov dayısı oğlu vasitəsi ilə həmin pulu götürüb.

Ertəsi gün Mahmud Mərdanov Səlimə Babayevanı yenidən şantaj edib. O bu dəfə qadından 250 manat tələb edib.

Şantaj olunan Səlimə Babayeva sentyabrın 21-də Mərdəkan qəsəbəsindəki Mərkəzi Poçt Filialı vasitəsi ilə Mahmud Mərdanovun adına 242 manat göndərib. Mahmud Mərdanov həmin pulu Bərdə rayonunda yerləşən Mərkəzi Poçt Filialından götürüb.

Bundan başqa, Mahmud Mərdanov həmin ilin sentyabr-oktyabr aylarında “Feysbuk” və digər sosial şəbəkələr vasitəsilə Səlimə Babayevadan hədə-qorxu ilə sonuncunun özünə aid olan pornoqrafik-foto materialları əldə edib. O, həmin fotoları bayağı şəkildə ortaya çıxması, insanların qıcıqlandırılması, başqalarında ikrah hissi oyatması və qadına aid olan şəkilləri qeyri-etik formada təsvirini özündə əks etdirən 6 pornoqrafik şəkli sosial şəbəkədə qeyri-müəyyən şəxslərin dairəsində yayıb.

İstintaq orqanı tərəfindən Mahmud Mərdanovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Mahmud Mərdanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.

Hökmdən narazı qalan Mahmud Mərdanov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şikayət təmin olunmayıb.

Qərardan da narazı qalan Mahmud Mərdanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti də təmin edilməyib.

Son xəbərlər

BƏƏ-də yaralananların sayı 178 çatıb

"Fars" agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Azərbaycana soyuqlar gəlib

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Ağdamda 41 yaşlı kişi minaya düşüb

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

Araqçı Azərbayacana təşəkkür etdi

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Sabah bəzi rayonlara yağış yağacaq

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

Bütün xəbərlər