{category-title}

İkinci “ANİMAFİLM” festivalına filmlərin və ssenarilərin qəbulu başlayıb

 

 

Oktyabrın 18-dən 21-dək Bakıda növbəti “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Qalibləri “Qızıl qayıq” mükafatı gözləyir.

Festivalın təsisçisi Rəşid Ağamalıyev AZƏRTAC-a bildirib ki, artıq film və ssenarilərin qəbulu başlayıb.

“Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Məhz buna görə də festivalın şüarı "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən edilib. Həmçinin bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”, – deyə R.Ağamalıyev qeyd edib.

R.Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verərək deyib: “Bu kateqoriyalara “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari”lər daxildir.

Vurğulanıb ki, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

R. Ağamalıyev onu da xüsusilə nəzərə çatdırıb ki, bu il, həmçinin uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

Qeyd edilib ki, festivala artıq 35 ölkədən 67 müraciət qəbul olunub. Müraciətlərə iyulun 31-dək baxılacaq.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər