{category-title}

Atəş Rüstəmov :Heydər Əliyev Sumqayıta xüsusi diqqət göstərirdi

 Bu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi böyük təntənə ilə qeyd edilir. Hər birimiz üçün əziz olan ulu öndərin doğum günündə bu böyük dühanın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün necə böyük işlər gördüyü hər kəsə yaxşı məlumdur. Onun Sumqayıt üçün gördüyü işlər bu şəhərin sonrakı sürətli yüksəlişini təmin etmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin payızında Sumqayıt şəhərinin 60 illik yubileyi keçirilmişdir ki, bunun da 40 ili Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və əməllərinin davam etdiyi illərə aiddir. Sumqayıt, sözün həqiqi mənasında,ulu öndərin arzularının şəhəridir.

1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçiləndən az sonra rəsmi yığıncaqların birində Heydər Əliyev Sumqayıt şəhərinin birtərəfli inkişafından narahat olduğunu bildirmişdi. Yəni o vaxt şəhərdə əsasən kimya müəssisələri və metallurgiya zavodları var idi. Qadın əməyi ilə bağlı demək olar ki, heç bir istehsalat sahəsi yox idi. Məcburiyyət qarşısında qalan sumqayıtlı qadınlar həmin müəssisələrdə ağır iş şəraitində çalışmalı olurdular. Bu narahatçılıq uzun sürmədi. Bir il sonra 1970-ci ildə tamamilə yeni istehsal sahəsi - kompressorlar zavodunun ilk sexi fəaliyyətə başladı.

Sürətlə inkişaf edən Sumqayıt üçün bu az idi. Rəhbərimiz bu sözləri tez-tez vurğulayır və eyni zamanda, burada yeni istehsal sahələrinin yaradılması üçün əməli fəaliyyət göstərirdi. Hələ 70-ci ilin əvvəllərində şəhərə xoş bir xəbər yayıldı: Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə Sumqayıtda yüngül sənaye müəssisələri tikiləcək. O vaxt belə mühüm əhəmiyyətli işləri yalnız SSRİ hökumətinin razılığı ilə görmək mümkün idi. Buna baxmayaraq, respublika rəhbəri Heydər Əliyev bu işin öhdəsindən də bacarıqla gəldi. Çox keçmədi ki, böyük bir ərazidə nəhəng tikinti işlərinə başlandı. Üst trikotaj fabrikinin bünövrəsi qoyuldu. Burada operativ qərargah yaradıldı. Hər axşam tikintinin gedişi barədə Heydər Əliyevə məlumat verilirdi. Nəticədə nəhəng müəssisənin tikintisi qısa müddətdə başa çatdırıldı. Fabrik o vaxt əsas xammalı İttifaqın digər regionlarından aldığı üçün bu müəyyən çətinliklər törədirdi. Yenə Heydər Əliyev fenomeni köməyə gəldi. Fabrikin qonşuluğunda sap istehsal edən xovlu iplik fabriki tikilib istifadəyə verildi.

Bu illərdə Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da misli görünməmiş inşaat işləri gedirdi. Şəhər başdan-başa nəhəng tikinti meydanını xatırladırdı. Bir tərəfdən yeni sənaye gücləri inşa etdirilir, digər tərəfdən yaşayış evləri tikilib istifadəyə verilirdi. Gəlin bir anlığa Sumqayıtın 1969-cu ildəki vəziyyəti ilə tanış olaq. Şəhər 4-cü və 5-ci mikrorayonlarda qurtarırdı. Bu gün gördüyümüz "göydələn" binalarla şöhrətlənən şəhərdə 6, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar məhz bundan sonra salınmışdır. Hər il minlərlə ailəyə yeni mənzillərin orderləri verilirdi. İldə bir ümumtəhsil məktəbi, bir,iki uşaq bağçası, körpələr evi öz qapılarını sumqayıtlı balaların üzünə açırdı.

Rəhbərimizin sumqayıtlılara qayğısının bariz nümunələrindən biri də dəmiryol vağzalı idi. Heydər Əliyevin şəxsi təşəbbüsü, gündəlik diqqət və qayğısı ilə Azərbaycan paytaxtını o vaxtkı İttifaqın müxtəlif şəhərləri ilə birləşdirən mühüm dəmiryol nəqliyyat xidmətinin istiqaməti dəyişdirildi. Böyük zəhmət və xərc tələb edən iş uğurla başa çatdırıldı. Şəhərdə dəmir yolu vağzalı tikilib istifadəyə verildi. Sumqayıt respublikanı şimal bölgəsi ilə birləşdirən mühüm dəmiryol qapısına çevrildi.

1974-cü ilin noyabrında Sumqayıt şəhərinin 25 illik yubileyi keçirilirdi. S.Vurğun adına Mədəniyyət Sarayında keçirilən təntənəli mərasimdə Heydər Əliyev dedi: "Sumqayıtda ən mütərəqqi, ən perspektivli ağır sənaye sahələrinin müəssisələri yaradılmışdır və bunlar elmi-texniki tərəqqini daha da genişləndirmək üçün yaxşı bünövrədir. Sumqayıtın yaranması Azərbaycan iqtisadiyyatında yeni sənaye sahələrinin - qara və əlvan metallurgiyanın, kimya sənayesinin və başqa sənaye sahələrinin yaranıb inkişaf etməsi deməkdir".

1977-ci ilin şaxtalı qış günlərinin birində şəhərin boş bir ərazisində yeni mədəniyyət sarayının bünövrəsi qoyuldu. İllər ötdü, sarayın tikintisi hansısa qüvvələr tərəfindən bir müddət, demək olar ki, dayandırıldı. O vaxt Moskvada çalışan Heydər Əliyev işə qarışmalı oldu. Tikintiyə vəsait ayrıldı. Nəhəng saray öz qapılarını gənclik şəhərinin sakinlərinin üzünə açdı. Bu gün Ü.Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı əhalinin ən çox sevdiyi yerlərdən biridir. 1996-cı ilin iyun ayında müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu sarayın tribunasından dedi: "Bu sarayın tikilməsi, yaradılması üçün mən nə qədər zəhmət çəkmişəm, iş görmüşəm, bu sarayda çıxış edərkən, sizinlə görüşərkən düşünürəm ki, nə qədər gözəl işlər görmüşük, bu gün üçün də, gələcək nəsillər üçün də belə bir saray yaratmışıq".

Bir vaxtlar Bakı, Abşeron və Sumqayıt əhalisi su sarıdan korluq çəkirdi. Təkcə Şollar su kəməri çoxminli əhalinin tələbatını ödəyə bilmirdi. 60-cı illərin sonlarında Kür çayından Bakıya su kəmərinin çəkilişinə başlandı. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə bu qurğunun tikintisi ümumrespublika zərbəçi tikintisi elan edildi.

Müdrik rəhbərimizin 1993-cü ilin dekabrın 28-də Sumqayıta gəlməsini xatırlamamaq mümkün deyildir. Bir müddət əvvəl onun təşəbbüsü ilə Türkiyənin "Teletaş" firması burada müasir tələblərə cavab verən ATS quraşdırmağa başlamışdı. Bu mühüm işdə Sumqayıt rabitəçiləri də onlara yaxından köməklik edirdilər. Yeni il ərəfəsində Prezidentimizin Sumqayıta gəlişi də məhz 2 saylı ATS-in işə salınması ilə bağlı idi. O, sumqayıtlılar üçün əvəzsiz xidmət sahəsi olan bu ATS-in lentini kəsdi və toplaşanlar qarşısında çıxış etdi.

"Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir. Ölkəmizin dayağıdır, gözəl bir guşəsidir." - deyən Prezidentimiz bununla bu şəhərə qarşı atılan böhtanları, çirkin sözləri alt-üst etmişdi. Heydər Əliyev sonradan da bu fikirləri bir daha vurğulamışdı: "Bəzən deyirlər ki, Sumqayıt ölü bir şəhərdir. Mən bununla razı deyiləm. Yalan fikirdir. Sumqayıt qəhrəmanlar, gözəl insanlar şəhəridir. Sumqayıt sizin şəhərinizdir. Burada siz yaşayırsınız, böyümüsünüz, əziyyət çəkmisiniz, siz Azərbaycanın sənayesini, mədəniyyətini, ölkəmizin həyatını burada inkişaf etdirirsiniz. Siz gözəl insanlarsınız. Sizin hər birinizə baxdıqca ürəyim dağa dönür, sevinirəm. Burada yaşayanların yaşlısı da, cavanı da, körpəsi, uşağı da, qadını, kişisi də - hamısı gözəldir, qəhrəmandır, cəsarətlidir".

Dünya şöhrətli siyasi xadim, el ağsaqqalı, müdrik insanın, ölkə Prezidenti Heydər Əliyevin Sumqayıt və sumqayıtlılar haqqında dediyi bu xoş sözlər hər birimizin qəlbini iftixar hissi ilə döyündürmüş, peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq hamını qurub-yaratmağa, respublikamızın müstəqilliyinin qorunub saxlanılmasına, işğal olunmuş torpaqlarımızın yadellilərdən azad edilməsinə, vahid Azərbaycan ideyası uğrunda sıx birləşməyə səfərbər etmişdi.

Sumqayıt sənayesinin modernləşdirilməsi, müəssisələrin bir çoxunun yenidən qurulması, onların müasir texnika və texnologiya ilə təmin edilməsi proseslərinin həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə, yorulmaz fəaliyyəti ilə bağlıdır. Sumqayıtın inkişafında Heydər Əliyevin əvəzsiz rolunu hər kəs yaxşı görmüş, duymuş və qiymətləndirmişdi. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi illərdə Sumqayıtda kimyanın inkişafına ciddi diqqət yetirmişdi. Bu illər ərzində çoxsahəli kimya istehsalatları, sex və qurğularının yaradılması buna əyani misaldır. Uzaqgörən rəhbər bilirdi ki, kimya sənayesini inkişaf etdirmədən böyük işlərdən danışmağa dəyməz. Yaponiyalı mütəxəssislərlə uzun və səmərəli danışıqlardan sonra EP-300 istehsalatında dünya standartlarına cavab verən buxar-generator qurğusunun inşasına təminat yaranır. 1999-cu ilin mart günlərinin birində qurğunun özülünün qoyulması mərasimi keçirilirdi. Bu mərasimdə iştirak edən müdrik rəhbər Heydər Əliyev tribunaya qalxaraq bildirmişdi: "Sumqayıtın kimya sənayesində EP-300 qurğusunun tikilməsi 1970-ci ildə Azərbaycanda qarşımızda duran böyük vəzifələrdən biri idi. O ildə EP-300 qurğusu ümumiyyətlə, nadir bir sənaye müəssisəsi idi. Onun texnologiyası yeni idi, qurğunun yaradılması böyük vəsait, mütəxəssislər, texnologiyadan istifadə edə bilən mühəndislər, texniklər, fəhlələr tələb edirdi. Amma biz bu məhsulun o vaxtlar çox əhəmiyyətli olduğunu bilərək Azərbaycanın kimya sənayesində EP-300 kompleksini tikməyə çalışırdıq".

Bəli, Sumqayıtda EP-300 istehsalatı da inşa olundu, buxar-generator qurğusunun özülü də qoyuldu. Möhtərəm Prezidentimiz bu tikintinin gedişini bir an da olsun nəzarətdən kənarda qoymadı, mütəmadi olaraq inşaat işlərinin vəziyyəti ilə tanış oldu. İş sürətlə başa çatdırıldı. 2 il sonra 2001-ci ilin isti iyul günlərinin birində mühüm əhəmiyyətli qurğu təntənəli surətdə istismara verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qurğunun tikintisi ilə məşğul olan inşaatçıların, burada çalışan kimyaçıların arasında idi.

Ulu öndərin Sumqayıta hər gəlişi əsl bayrama çevrilirdi. Belə gəlişlərdən biri də 2003-cü ilin aprelində oldu. Bu, əsasən, onunla bağlı idi ki, son illər şəhərdə həllini gözləyən problemlər çoxalırdı. Belə çətin bir anda yenə sumqayıtlılara Heydər Əliyev dayaq oldu. Aprelin 3-də Prezident Heydər Əliyevi şəhərin sakinləri, ictimaiyyətin nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar. Sonra Heydər Əliyevin sədrliyi ilə geniş müşavirə keçirildi, Prezident geniş nitq söylədi. Həmişə sumqayıtlılar haqqında məhəbbətlə danışan Heydər Əliyev dedi: "Burada 300 minə qədər insan yaşayır və bu şəhər həmişə bizim fəxrimizdir. Biz vaxtilə buna "Gənclik şəhəri" deyirdik. İndi burada yaşlılar da var, gənclər də var. Ancaq Sumqayıtın bir xüsusiyyəti də budur ki, buraya Azərbaycanın bir çox rayonlarından insanlar gəlib toplaşıblar. Hesab edin ki, Sumqayıt kiçik bir Azərbaycandır".

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başladığı işi onun siyasi və dövlətçilik məktəbini keçmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirməyə başladı. Böyük insan Heydər Əliyev cismən aramızda olmasa da, onun arzuları reallığa çevrildi, həyata keçdi. Şəhərin sənayesi dirçəlməyə başladı, yeni-yeni istehsal qurğularının yaradılmasına nail olundu. Ölkəmiz müstəqillik qazanandan sonra bir daha dərk etdik ki, Heydər Əliyevin təşəbbüsü, fəaliyyəti və zəhməti ilə Sumqayıtda yaradılmış nəhəng kimya kompleksinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyəti varmış. Əgər bu kompleks yaradılmasaydı, bu gün həmin məhsullar ölkəmizə xarici dövlətlərdən alınıb gətirilərdi. Özü də böyük vəsait hesabına.

Sumqayıtlılar ulu öndərin bu şəhərin inkişafındakı xidmətlərini qədərincə qiymətləndirirlər. Xalqımızın böyük oğluna məhəbbətlərini izhar etmək üçün onu əbədilik Sumqayıta gətirmişlər. Şəhərin ən izdihamlı yerində, Heydər Əliyev prospektində ulu öndərin əzəmətli heykəlini ucaltmış, abidə kompleksi yaratmışlar. Bu böyük insanın Sumqayıtla bağlı arzuları ardıcıl həyata keçirilməkdədir.

 

Atəş Rüstəmov

 

 Sumqayıt Təmizlik Departamentinin baş direktoru

Son xəbərlər

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Bütün xəbərlər