{category-title}

“Emil 444”ün qətlini sifariş edənin görüntüsü yayıldı - FOTO

 

Bakının Binəqədi rayonunda baş vermiş son illərin ən qəddar qətlinin təfərrüatları bəlli olub. "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib, qətldə bir neçə bıçaqdan istifadə olunması da bunu təsdiqləyən məqamlardandır.

Buta.media xəbər verir ki, mərhumun xalası oğlu Royal Əkbərov "Yeni Müsavat” əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb:

"Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Əli oğlu Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.

Royal Əkbərov deyir ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə daha bir mübahisə olub:

"Emin cinayət aləminin üzvü deyildi, sadəcə kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu".

"Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqlaırn telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə ”Vinçestr" silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub".


Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm. Hadisə olan günü Emin dostları ilə 6-cı mikrorayonda parkın qabağında dayanıb. Evə də zəng edib ki, yemək hazırlayın, gəlirəm, çörək yeyim gedək dəniz kənarına. Övladı olmalı idi. Emin həbsdən 15 gün idi ki, çıxmışdı. Parka Zaurun atası Əli Yusifov gəlib. Əli Eminə deyib ki, gəl otur maşına, gedək Zaurla söhbət edək, sizi barışdırım. Bu söhbətlər qurtarsın. Emin də yaşlı adam olduğuna görə Əlinin sözünü yerə salmayıb, onun dediyini edib. Maşına minmək istəyən dostlarına da deyib ki, narahat olmayın, ağsaqqal adamdır, onunla gedirəm. Dostlarını zorla maşından düşürüb".

Royal Əkbərov deyir ki, Zaur Yusifov əvvəllər adam bıçaqladığına görə həbsdə olub: "Eminin ağlına belə gəlməyib ki, belə iş tutarlar, ağsaqqal adamı qabağa verib belə bir cinayət törədərlər. Bu adamlar əvvəlcədən cinayəti planlaşdırıblar. Parkın qabağına Əli Yusifov yox, elə həmin Həsən, başqa biri cavan adam gəlib Emini çağırsaydı, Emin ora tək getməzdi. Zaur da, qardaşı Zamiq də Eminin xasiyyətini bilirdilər. Onun böyük-kiçik yeri bildiyindən xəbərdar idilər.

Ona görə də ağsaqqallarını qabağa veriblər. Emini aldadıb evlərinin qabağına aparıblar ki, desinlər ki, guya Emin onların üstünə gəlib, bunlar da özlərini belə müdafiə ediblər. Eminin parkın yanında dayanıb dostları ilə söhbət etdiyi yerdə onlara Əli Yusifovun yaxınlaşmasını təsdiq edən kamera görüntülərini çıxarıb baxsınlar. Bu cinayət əvvəldən planlı şəkildə törədilib”.

R.Əkbərov deyir ki, Emin Səfərov Əli Yusifovla onların qapısının qarşısına çatanda orada 5-6 nəfərin dayandığını görüb:

"Zaur, Zamiq və başqaları miniblər maşına, trosu atıblar Eminin boynuna, onu boğublar. Soldan qoluna bıçaqla vurublar. Buna baxmayaraq Emin maşından düşə bilib. Onlara qışqırıb deyirmiş ki, kişisizsə, tək-tək gəlin. Əliyə də deyib sənin ağsaqqal olmağına inandım. Onun bədənində müxtəlif bıçaqların izləri var. Ona 41 yox, 78 bıçaq vurublar. Boğazında trosun izi də qalıb. Zaur, qardaşı Zamiq, bacısı uşaqları, Həsən, ataları Əli Yusifov və başqa şəxs olub orada. Əli Yusifovun əlinə də bıçaqla 2-3 yara vurublar, bunu da iz azdırmaq üçün ediblər. Hadisənin şahidləri də var. Tutulan yalnız Həsən Tağıyevdir, faktiki isə Emini qrup şəklində öldürüblər. Bu işi əvvəldən planlaşdırıblar. Emini 6 nəfər öldürüb, 1 nəfər tutulub”.

Royal Əkbərov deyir ki, Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir: "Cinayəti törədən digər 5 nəfərin də istintaqa cəlb edilməsini istəyirik”.

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub.

Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emin Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emin Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Qanlı hadisə ilə əlaqəli Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsənin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.(Anews.az)

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər