{category-title}
Gündəm / Cəmiyyət
8.05.2019, 17:00
Şəmkirdə baş verən yol qəzası nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir
Şəmkirdə sərnişin avtobusu qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yaralılardan 1-nin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta-ağırdır. Xəsarət alanlara tibbi yardım göstərilir.