pressxeber.info
pressxeber.info

Azərbaycanda bu qurumun işığını kəsdilər - Sistem çökdü

260 dəfə baxılıb 28-06-2018, 18:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.

BakuPost xəbər verir ki, bu barədə banklardan məlumat verilib.

İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada – Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının internet saytında elektron xidmətlərə daxil olmaq mümkün deyil. Palatanın informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə, işıqların sönməsi nəticəsində serverlərdə yaranmış problemi aradan qaldırmaq mümkün olmayıb. Hazırda mütəxəssislər bu istiqamətdə işlər görürlər.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhvəri Tanrıverdi Mustafayev isə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasının elektrik enerjisi ilə təminatı dayandırılmayıb. Binanın elektriksiz qalması isə daxili problemlə bağlıdır: "Bu barədə "Azərişıq”a da məlumat verilib, kömək istənilib və briqadalarımız hadisə yerinə yollanıb. Hazırda briqadalarımız problemin aradan qaldırılması üçün tədbirlər görür”. Dia.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi