{category-title}

Yaponiya paytaxtında “Tokyo Kimono Show-2019” festivalı keçirilir

 

Yaponiyanın paytaxtında “Imagine One World - Kimono project” (“Kimono layihəsi – vahid dünyanı təsəvvür edin”) layihəsi çərçivəsində “Tokyo Kimono Show-2019” festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, mayın 2-dən 6-dək Tokionun Nihonbaşi əyləncə mərkəzində təşkil edilən festival həm paytaxt sakinləri, həm də Yaponiyaya gələn əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Imagine One World - Kimono project” layihəsinin mətbuat xidmətinin rəhbəri xanım Orie Şimuzu bildirib ki, layihənin əsas məqsədi yapon mədəniyyəti ənənələrini bütün dünyaya təqdim etmək üçün 206 ölkənin və ərazi vahidinin kimonolarının yaradılmasıdır. Eyni zamanda, biz bununla insanların diqqətini dünyanın birliyinə, vahid məkan olmasına yönəltməyə çalışmışıq. Layihə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq qonaqları yüksək qonaqpərvərliklə qarşılamağa yönəlib. Layihəyə 2014-cü ildə start verilib və Yaponiyanın müxtəlif yerlərindən olan peşəkar dizaynerlərin iştirakı ilə indiyədək 100-dən artıq ölkənin milli ornamentlərini özündə əks etdirən kimonolar yaradılıb. Digər ölkələrə və ərazi vahidlərinə, o cümlədən Azərbaycana həsr olunan kimonolar hazırda işlənmə mərhələsindədir. “Tokyo Kimono Show-2019” festivalı çərçivəsində artıq hazır olan kimonolar festival iştirakçılarına təqdim ediləcək.

O.Şimuzu əlavə edib ki, Azərbaycan kimonosunun hazırlanmasının sponsoru qismində Osaka şəhərində fəaliyyət göstərən “Sakai” daşımaçılıq şirkəti çıxış edib. Hazırda peşəkar dizaynerlər tərəfindən “Azərbaycan” kimonosunun eskizi işlənib və xüsusi parçanın hazırlanması davam etdirilir. Bundan sonra isə kimano üzərində dərzilər işləyəcəklər və o, tezliklə tam hazır olacaq.

Festival çərçivəsində kimano, onun hazırlanması, kimano ilə birlikdə istifadə edilən aksessuarlar barədə iştirakçılara ətraflı məlumat verilir. Burada hazır kimonolarla yanaşı, həvəskarlar Yaponiyanın müxtəlif yerlərindən gəlmiş kimano üçün xüsusi parçalar, ayaqqabılar, çantalar, çətirlər və digər bəzək əşyaları hazırlayan ustalara sifarişlər də verə bilərlər.

Festival çərçivəsində xüsusi podiumda kimano sahəsində həm son yeniliklər, həm də “Imagine One World - Kimono project” layihəsi çərçivəsində hazırlanan milli kimanolar da tamaşaçılara təqdim edilib.

Son xəbərlər

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

Bütün xəbərlər