{category-title}

"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - Prezident İlham Əliyev

 

 

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün əlimizdən gələni edirik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirdi. “İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.

Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu dedi. Qeyd etdi ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirdi, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğuladı.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik”, - deyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən dövlətimizin başçısı bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev görülən işlərlə bağlı məruzə etdilər.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirdi. Dövlətimizin başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlətimizin başçısı Azərbaycan vətəndaşlarını əmin etdi ki, dövlət hər zaman onların yanında olacaq.

Sonda Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə etdi.
 

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

Heyvandarlıq məhsullarının istehsalı azalıb

Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA

Federasiyaya yeni baş katib təyin edildi

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb

Sumqayıt səhiyyəsinin inkişaf yolunda nümunəvi rəhbər – Elnur Azadxanov

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var

Azərbaycanda təbiət hadisəsi baş verib

Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Azərbaycanda yeni mərkəz YARADILIR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib

Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir

Ölkədə hər gün 57 ailə boşanır

İnsan alveri ilə məşğul olan 49 yaşlı qadın həbs edildi - VİDEO

Ursula von der Leyen müharibənin ildönümündə Ukraynaya səfər edəcək

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib

Bütün xəbərlər