{category-title}

Rəis müavini işçiləri söydü: araşdırma başladı - VİDEO

 

Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etməsi barədə daxil olan şikayət əsasında araşdırma başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Paşayev deyib. O bildirib ki, Hikmət Əmiraslanov bu vəzifəyə bir neçə gündür ki, təyin olunub:

“Hikmət Əmiraslanovla bağlı hazırda araşdırma başlayıb. Ola bilər ki, bu, qərəzli mövqedir. Bu səbəbdən iddianın araşdırılması lazımdır. Şikayət bir şəxsindir. İşçilərin etiraz olaraq işə çıxmaması yalan məlumatdır, hazırda iş başındadırlar. Hikmət Əmiraslanov 3-4 gündür ki, bu vəzifədə çalışır və buna qədər onun haqqında bizə şikayət daxil olmayıb”.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.

Şikayətçilər 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etdiyini bildiriblər.

“Əsas problem odur ki, sözügedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaradıb. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşıma yükünü çiynimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", - kolletiv üzvləri öz müraciətlərində bildiriblər.

“Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək, sözlə ifadə olunmayan təhqiramiz söyüşlər söyərək, hüquq şöbəsinin müdirinin otağında stol-stulu vurub dağıtdı. Sözügedən məmur bizimlə “burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər.

Son xəbərlər

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Bütün xəbərlər