{category-title}

Xanım çöldə içki içib, əyyaşlıq edərsə... - Emil Bədəlov

 Məşhur müğənni Emil Bədəlov AzNews.az-a müsahibə verib.
- Yaxın günlərdə Röya Ayxanla “Kölgə” duetini ifa etdiniz. Təklif kim tərəfdən gəldi?
- Mən Röya xanıma duet oxumaq haqda təklif etdim. Mahnının söz və musiqisi Aydın Saniyə aiddir. Mən, Hacı Nazim və Röya Ayxan bir məkanda əyləşmişdik. Musiqidən danışırdıq. Röya xanıma Aydın Saninin mahnısını göstərdim və dedim ki, bu mahnını oxumaq istəyirəm. Röya xanım da mahnıya qulaq asdı və dedi ki, o da oxumaq istəyir. Beləliklə, duet ifa etdik.
- Hacı Nazimlə dostluğunuz illərə dayanır. Ancaq zaman-zaman aranızda söz-söhbət yaşanır...
- Hər bir ailədə söz-söhbət olduğu kimi dostlar arasında da olur. Amma biz boş-boş söhbətlərə görə dostluğumuza xələl gətirmirik. Təbii ki, sənətlə bağlı mübahisə edirik. Biz dostuq və ailəmiz də dostluq edir.
- Son zamanlar sizi sənətinizlə bağlı çox da iddialı görmürük...
- Mən isə əksinə düşünürəm. Son illər sənətimlə bağlı daha çox öz üzərimdə işləməyə başladım. "Kölgə", “Həyat yoldaşım", “Ay papa, qurban sənə”, “Çərxi fələk” adlı mahnım işıq üzü gördü. "Çərxi fələk"i İstanbulda Caner Tepecik aranjeman edib.
- Bayağı mahnıların gündəmdə olmasına münasibətiniz necədir? Sosial şəbəkədə Şəbnəm Tovuzlu, Damlanın və digərilərinin adlarını çəkirlər.
- Şəbnəm xanımın ifasına bayağı deməzdim. Amma bayağı mahnılar var.
- Niyə bayağı mahnılar insanlar tərəfindən çox sevilməyə başladı?
- Hər aşığın bir dövrü var. Bu fikrim Şəbnəm xanıma aid deyil. “Youtube” kanalında elə mahnılar var ki, milyonlarla izləyicisi var. Amma bilmirsən ki, hansı janrda ifa edirlər. Görürsən ki, 14 milyona qədər baxış sayı var. O insanların mənim mahnılarımı dinləməklərini istəmərəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Hər bir ifa etdiyim mahnıda keyfiyyət, professionallıq olmasını istəmişəm. Bu da bir dövrdür və keçər.
- Sizin kimi müğənnilərə tələbat azalarsa...
- Qətiyyən problem yoxdur. Çünki bu sənətə pul üçün gəlməmişəm. Musiqiçi ailəsində böyümüşəm. Rəhmətlik babam Bədəl Bədəlov böyük sənətkar olub, qarmon ifaçısı idi. Atam Namiq Bədəlov da çox gözəl musiqiçi olub.
- Bəs, Şəbnəm Tovuzlu və Damlanın mahnılarını dinləyirsiniz?
- Damlanın bir mahnısından xoşum gəlir. Mahnının sözləri Aydın Saniyə aiddir. Təbii ki, Şəbnəm xanımı da dinləyirəm. Şəbnəm xanım çox yaxşı insandı. Eləcə də yaxşı ifaçıdı. Deməzdim ki, bayağı mahnılar ifa edir. Çünki hər zaman bu janrda mahnılar olub. Bu gün meyxanaçı adını qoyanlar, mahnı yazdırır və ifa edirlər. Mən o ifaların hansı tərzdə olduğunu başa düşə bilmirəm.
- Meyxanaçı Pərviz Bülbüləni nəzərdə tutursunuz?
- Pərviz Bülbülənin oxumasına ciddi baxmıram. Çünki Pərviz yaxşı meyxanaçıdır. Türkan xanım da yaxşı ifaçıdı. Pərviz maraqlı bir janrda ifa edir və o da camaatın xoşuna gəlir. Amma dediyim kimi Pərvizi oxuyan kimi deyil, meyxanaçı kimi qəbul edirik. Türkan xanım daha professional oxuyur. Necə ki, Türkan xanım meyxanaçı yox, ifaçıdı, Pərviz isə meyxanaçıdır, ifaçı yox. Meyxana ilə sintez yaradıblar. Pərviz Bülbülə çox gözəl və hamı tərəfindən sevilən meyxanaçıdır. Allah bu pilləyə çatdırıbsa, biz nə çarəyik ki, Pərvizdə səhv tutaq.
- Namiq Qaraçuxurlunu da qəbul etmirsiniz?
- Namiq Qaraçuxurlu meyxanaya yenilik gətirdi. Onun ifasından rəhmətlik Tələt Qasımovun iyi gəlir. Səs tembri var. Səs diapazonu böyük olmasa da onda musiqi duyumu güclüdür, səsində şirinlik var.
- Musiqiçinin savadsız olmasına münasibətiniz necədi? Şəbnəm Tovuzlunun Amerikanın paytaxtına Avropa deməsini necə qarşılayırsınız?
- Bu haqda İnstagramda oxudum. Belə şeylərlə maraqlanan deyiləm. Ümumiyyətlə, şou-biznesdəki qalmaqallarla da maraqlanmıram.
Şəbnəm xanım onu bilməyib. O xanım maarifləndirici insan olsaydı, qınamaq olardı. Bunu şişirtmək olmaz. Bu adam sənətçidir və sənətiylə məşğul olur. Ola bilər ki, veriliş zamanı həyəcanlanıb. Burada nə qəbahət var? Sənətiylə məşğul olan ifaçıdı, onu oxuyan kimi qəbul etmək lazımdı, professor kimi yox.
- Xalq artisti Firuz Əliyevin qızı Səadət xanımla evlisiniz. Evləndikdən sonra xanım həmkarınızla çox görsənmirsiniz. Bu, həyat yoldaşınızın qısqanc olmasıyla bağlıdır?
- Həyat yoldaşım qısqanc deyil. Musuqiçi ailəsində böyüyüb. O, ağıllı xanımdır və bilir ki, qısqanmaqla heç nə olmur. Böyük bir problem yaşanarsa, səhvimi tutarsa və yaxud da Allah etməsin, Emil könlünü başqa birinə salarsa və s. o zaman o söz-söhbəti böyüdər. Bilir ki, mən musiqiçiyəm. Məclislərdə kiminləsə şəkil də çəkdirə bilərəm. Yaxud da kimsə mənimlə şəkil çəkdirə bilər. Onu şişirtmək mənə elə gəlir ki, zəif düşüncəli qadınlara aiddir. Həyat yoldaşım özünə güvənən xanımdır. Eləcə də mən ailəmə lazımı qədər diqqət ayırıram. O görür ki, pis həyat yoldaşı deyiləm. Çöldə əylənənlərdən, qazancımı xərcləyənlərdən deyiləm. İki övladım var. İnşallah daim belə xoşbəxt olarıq. Təbii ki, heç kim səhəri gündən sığortalanmayıb. Həyat yoldaşımdan boşana da bilərəm. Təbii ki, elə bir niyyətimiz yoxdur. Bunu ağlıma belə gətirə bilmirəm. Çünki həyat yoldaşımı çox sevirəm. Sadəcə demək istəyirəm ki, heç kim heç nədən sığortalanmayıb. İki qız atasıyam. Nə qədər sağamsa, o uşaqların hər şeyi yaxşı olmalıdır.
- Niyə ailəniz haqda pessimist danışdınız. Boşanmaq və s...
- Əstəfurullah... Çox şükür ki, ailəmdə hər şey yaxşdır və elə şey ola bilməz. Mən onu demək istəyirəm ki, kimsə sabahından sığortalı deyil. Amma ailəmdən çox razıyam və ailəm də məndən. Biz boş-boş şeylərin üstündə ayrılan deyilik.
- Sizin model Günayla sevgili olduğunuz haqda şayiə yayılmışdı...
- Günay xanım mənim dostumdur. Klipimdə oynamışdı. Ondan sonra belə şayiə yaymışdılar.
- Bir neçə gün öncə aktrisa Pərvin Abıyevanın içki ilə hava limanında videosu yayılmışdı. Tanınmış xanımların belə gündəmə gəlməsinə necə baxırsınız?
- Özləri bilərlər. Mən o haqda müzakirə edə bilmərəm.
- Bəs, içki qəbul edən xanıma necə baxırsınız?
- Bəyəm xanımın içki içməsi qəbahətdir? Tərbiyyəsizlikdir? Xanım çöldə içki içib, əyyaşlıq edərsə, o çox pis haldır. Amma həyat yoldaşının yanında bir “bakal” içməsində heç bir qəbahət görmürəm.
- Sirr deyilsə, toylara neçiyə gedirsiniz?
- Baxır toy sahibinə...
- Moskva toylarına necə gedirsiniz?
- Arada gedirəm.
- Restoran biznesi ilə məşğul olurdunuz. Səhv etmirəmsə, biznesiniz iflasa uğradı...
- Biznesim çox olub. Amma heç zaman gördüyüm işdə “bankrot” olmamışam. Sadəcə ziyana getdiyimə görə tədbirə əl atmışam. Restoran məsələsi oranın sahibiylə bağlı olduğu üçün oradan uzaqlaşdım. Başqa da problem olmayıb. Ruzini verən Allahdır. Elə an olub ki, toylarım çox olub, amma əldə etdiyim məbləğin bərəkəti olmayıb. Həmin ay pul hardan gəlib, bərəkəti necə gözəl olubsa, onu bilməmişəm.

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər