{category-title}

Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

 

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan idmançılarımız arasında Elis Manolova (-65 kq) da vardı.

19 yaşından millimizin üzvü olan bolqarıstanlı legionerimiz bu turnirdə Azərbaycana qadın güləşində qızıl medal qazandıran yeganə idmançı oldu. Üstəlik, onun yerli idmançı ilə final görüşündə 0:4 hesablı məğlubiyyətdən qələbəyə doğru geridönüş etməsi turnirin ən yaddaqalan matçlarından biri sayılmalıdır.

Oxu.Az olaraq iki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş idmançıdan bu münasibətlə müsahibə götürdük.

– İlk dəfə böyüklər arasında Avropa çempionu oldunuz. Yaşadığınız hissi, bəlkə, bizə də izah edəsiniz...

– Danışılması çox çətin bir mövzudur... Ancaq yaşanılmalı bir durumdur. Hələ də bu qələbənin sevincini yaşayıram, yuxuda kimiyəm. Bu qızıl medalı qazanmağı çox istəyirdim. Çox şükür Allahıma ki, mənə bunu nəsib etdi.

Mənim üçün böyük bir zəfərdir. Çünki bu, mənim ilk qızıl medalımdır. Ötən il Avropa çempionatında ikinci olmuşdum və bu dəfə final görüşünə çıxmadan öncə özümə dedim: “Bu dəfə mən məğlub etməliyəm, bu qızıl medal bu dəfə mənim olmalıdır”.

– Ötən il Avropa çempionatının finalında uduzduğunuz finlandiyalı Petra Olini bu dəfə yarımfinalda görüşün bitməsinə dörd saniyə qalmış tuşe fəndi ilə məğlub etdiniz. Hər görüşdə güləşçinin kürəyini döşəyə sıxmaq mümkün olmur. Demək olarmı ki, onunla görüşə ikiqat motivasiya ilə çıxmışdınız?

– Bəli! Ötən il finalda hakimlər haqqımı yemişdi. İki xalımı vermədilər və görüşü uduzdum. Bu dəfə döşəyə çıxanda çox motivasiyalı idim. Elə güləşməyə qərar verdim ki, hakimlər məni bu dəfə uduzdurmasın.

– Azərbaycan millisində tək-tük qadın idmançılar nadir hallarda Avropa çempionu ola bilib. Mariya Stadnik, Sona Əhmədli, Nadya Sementsova və Yuliya Ratkeviçdən sonra qitənin ən güclüsü olan beşinci idmançı oldunuz...

– Doğrudan? Bunu bilmirdim. Bu, çox sevindirici haldır.

– Bacınız Canan da güləşçidir. Sizdə ailədə başqa kim güləşçi olub?

– Atam əvvəl güləşlə məşğul olub.

– Filip Manolovu deyirsiniz...

– Bəli. Əslində, Filip atamın əsl adı deyil. O, Bolqarıstan adıdır. Əslində, biz bulqar türkü olduğumuzdan atamın əsl adı Fahridir. Sadəcə olaraq, siyasi səbəblərdən pasportda Filip olaraq adı gedir. Yeri gəlmişkən, anam da bolqar yox, türkdür.

– Ötən il Avropa ikincisi, bu il qitə çempionu oldunuz. Bu iki ildə Bolqarıstandan sizi öz heyətlərinə qatmaq kimi təklif olubmu? 

– Bolqarlar məni istəsələr belə, geri qayıtmağım mümkün deyil. Belə bir şey ola bilməz. Çünki mən Azərbaycanda çox xoşbəxtəm. Buranın himnini bilirəm. Amma yəqin ki bolqarlar məni istəyirlər. Əgər onlar adından çıxış etsəydim, Bolqarıstanın üç qızıl medalı olacaqdı.

– Bolqarıstanda necə qarşılandınız?

– Rumıniyadan birbaşa evimə – Bolqarıstana gəldim. Evdə anam, atam və bacım məni qarşıladı. Hamımız çox sevincliyik. Bütün ailəm mənimlə qürur duyur. Bolqarıstandakı dostlarım mənim adıma çox sevinirlər. Onlar üçün hansı ölkə adından bu qızıl medalı qazanmağımın önəmi yoxdur.

Son xəbərlər

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Bütün xəbərlər