{category-title}

Azərbaycanda sığorta şirkətlərinin qiymətli kağızlara marağı artıb - TƏHLİL

 Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yarısından çoxu 2018-ci ildə qiymətli kağızlara investisiya yatırıb.

ONA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 12-si ötən il dövlət və qeyri-dövlət qiymətli kağızlarına yatırım edib. Hətta əvvəllər qiymətli kağızlara maraq göstərməyən sığorta şirkətləri də bu sahə ilə maraqlanıb.

ONA-nın apardığı təhlildən belə məlum olub ki, digər sığorta şirkətləri ilə müqayisədə dövlət qiymətli kağızlarında ən böyük məbləğdə vəsait saxlayan "Paşa Həyat Sığorta" şirkəti olub. 
Qiymətli kağızlara yatırım edən sığorta şirkətləri:

“Xalq Sığorta” – dövlət qiymətli kağızlarında 2018-ci ilin əvvəlində 5,865 mln. aktivi olduğu halda hesabat dövrünün sonuna bu rəqəmi 10,880 mln. manatadək artıb. Şirkət qeyri-dövlət qiymətli kağızlarına yatırım etməyib.

“Paşa Sığorta” – dövlət qiymətli kağızlarına ötən ilin əvvəlində 17,549 mln. yatırım etdiyi halda, ilin sonuna bu rəqəmi 32,438 mln manata çatdırıb. Şirkətin qeyri-dövlət qiymətli kağızlarında aktivləri ilin əvvəli ilə sonunda müqayisədə cüzi dəyişərək 8,510 mln. manat təşkil edib.

“PAŞA Həyat Sığorta” – dövlət qiymətli kağızlarında 2018-ci ilin avvəlində aktivi olmasa da hesabat dövrünün sonuna bu rəqəmi 145,918 mln. manata çatdırıb. Şirkətin qeyri-dövlət qiymətli kağızlara yatırımı ilin əvvəlində 32,586 mln. manat olub. Lakin hesabat dövrünün sonuna bu rəqəm 49,197 mln. manata çatdırılıb.

“Bakı Sığorta” – digər sığorta şirkətləri ilə müqayisədə dövlət qiymətli kağızlarına investisiya etməyib. Əvəzində 2018-ci ilin əvvəlində şirkət tərəfindən qeyri-dövlət qiymətli kağızlara 1,3 mln. manat həcmində yatırdığı investisiya ilin sonuna 2 mln. manata çatdırılıb. 

“Qala Sığorta” – dövlət qiymətli kağızlarına investisiya etməyib. Şirkətin ilin əvvəlində qeyri-dövlət qiymətli kağızlara yatırdığı investisiyanın həcmi 2018-ci ilin sonunda dəyişməz olaraq 1 710 manat həcmində qalıb.

“AzReTəkrarasığorta” – dövlət qiymətli kağızlarına ötən ilin əvvəlində 27,895 mln. manat investisiya etdiyi halda, ilin sonuna bu rəqəmi 30,884 mln. manata çatdırıb. Şirkət qeyri-dövlət qiymətli kağızlara investisiya yatırmayıb.

“İpək Yolu Sığorta” – dövlət qiymətli kağızlarına ilin əvvəlində 999 967 manat investisiya edən şirkət ilin sonuna bu rəqəmi 1,499 mln. manata çatdırıb. Şitkət qeyri-dövlət qiymətli kağızlara maraq göstərməyib.

“Rəvan Sığorta” – dövlət qiymətli kağızlarına ilin əvvəli ilə sonunda müqayisədə dövlət qiymətli kağızlarına çox az fərq ilə investisiyasını artırıb – 1,016 mln. manatdan 1,017 mln. manata çatdırıb. Qeyri-dövlət qiymətli kağızlarına isə pul ayırmayıb.

“Azsığorta” – dövlət qiymətli kağızlarına ilin əvvəlində 15,255 mln. manat ayırdığı halda, ilin sonuna bu rəqəmi 16,998 mln. manata çatdırıb. Şirkətin qeyri-dövlət qiymətli kağızlarındakı aktivləri isə 3,4 mln. manatdan 1 mln. manata endirib.

“Günay Sığorta” – dövlət qiymətli kağızalrına ilin əvvəlində pul ayırmasa da, ilin sonuna sözügedən kağızlara 868 300 manat investisiya yatırıb. Şirkət qeyri-dövlət qiymətli kağızlarında aktiv saxlamayıb.

“Mega Sığorta” – ilin əvvəlində dövlət qiymətli kağızlarında aktiv saxlamasa da, ilin sonunda bu kağızlara 814 411 manat sərmayə yatırıb, qeyri-dövlət qiymətli kağızlarına isə maraq göstərməyib. 

“Qala Həyat” – digər sığorta şirkətlərindən fərqli olaraq dövlət qiymətli kağızlarında ilin əvvəlində olan 11,138 mln. manatı ilin sonunda 6,909 mln. manata endirib. İlin sonunda qeyri-dövlət qiymətli kağızları isə ilin əvvəli ilə müqayisədə dəyişməyərək 2,5 mln. mnat olub.
 

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər