{category-title}

Mərkəzi Klinikdə can verən xəstəni necə soyublar? - İrin və qan depoziti

 Son vaxtlar xidmət sektorunda depozit dəbi ortaya çıxıb. Hansı restorana girirsən deyir 100-150 manat ödəyib sonra yeməyə başlamalısan. İlk dəfə bunu öz qohumlarının əmlakını fırıldaq yolu ilə ələ keçirməkdə adı hallanan “Neolit” restoranın müdirinin tətbiq etdiyinin şahidi oldum.

Müğənni Damlanın dostu tərəfindən əsası qoyulan bu proses indi əksər restoranlarda tətbiq edilir. Mexanizm belədir. Kabinetə girən kimi səndən depoziti alırlar. Yəni sən minimum ödədiyin depozit qədər yeməlisən. Ondan az yesən belə pulu sənə qaytarmırlar. Çox yesən isə depozitə əlavə etməlisən.

Restoranı başa düşdük, ora pulu olan adamlar gedir. Hazırda restoranlardan da pis depoziti fırıldağını bilirsiniz kimlər və harada təbiq edir? İnsanların əlacsızlıqdan üz tutduğu xəstəxanalarda.

Onkoloi xəstəlikdən əziyyət çəkən bir qohumumzla bağlı yaşananlar məni dəhşətə gətirdi. Ailə 8 ayıydı ki, həmin zəhirmar xəstəliklə mübarizə aparırdı. Xəstəni gəzdirmədikləri yer, xərcləmədikləri pul qalmadı.

Nə əmlakları varsa satdılar. Ən son günlərdə isə vəziyyəti ağırlaşan xəstəni Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdilər. Xəstə yiyələrinə deyiblər ki, bir dərman var onu vursaq sağalar.

Qiyməti 5 min manat olan həmin dərmanı Moskvadan gətizdirib ömürünün son günlərini yaşayan xəstəyə vurublar. Sonra isə Mərkəzi Klinik Xəsətxanada qalmaq üçün hər gününə 1500-2000 manat depozit ödətdiriblər.

Təsəvvür edirsinizmi, həkimlər öləcəyini bildiyi xəstəni orda saxlamaqla 20000 manata yaxın pul qazanıblar. Hər halda, xəstənin hansı vəziyyətdə olduğunu onlardan yaxşı kimsə bilə bilməzdi.

Onsuz da, sağalmaq üçün çarəsi olmayan xəstənin yiyələrinə deyə bilərdilər ki, can verən adamı aparın evinizdə ölsün. Amma ümid verməklə, müflis olan ailəni borca girməyə vadar edib, qanını sorublar. Ən dəhşətlisi isə depozit məsələsidir.

Məlum olub ki, əvvəlcədən depozit qoymasan hansı vəziyyətə düşməsindən asılı olmayaraq, xəstənin mitilini çölə atırlar. Xəstə dünyasını dəyişib canını qurtardı. İndi ailə fikirləşir ki, yasdan sonra nəyi satıb Mərkəzi Klinikaya vermək üçün aldıqları borcları ödəsinlər.

Son vaxtlar rastaşdığımız mənzərələr onu deməyə əsas verir ki, səhiyyəmiz vətəndaşlarımıza sanki konslanger qanunları ilə rəftar edir. Belə yolla əldə edilən vəsait qazanc yox, irin və qandır. Onlar isə nə vaxtsa qusulur.

Barəsində bəhs etdiyim ailənin başları yasa qarışdığı üçün, onlardan adları ilə məsələnin ictimailəşməsi icazəsini almamışam. Bir qədər acıları keçəndən sonra, bu mövzuya yenidən qayıdacam…
Azinforum.az
 

Son xəbərlər

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər