{category-title}

Milli Məclisdə qapalı keçirilən iclasın təfərrüatları açıqlandı

 

Ötən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
Anews.az xəbər verir ki, iclasda iştirak edən Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov özəl olaraq Trend-ə bildirib ki, toplantıda bir çox məsələlər geniş şəkildə müzakirə olunub:
"Xüsusilə iclasda Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanına və bu fərmandan irəli gələn məsələlərə diqqət yetirildi. Bu fərman qrupun daxilində müzakirə etdiyimiz məsələlərə böyük kömək göstərəcək".
S.Seyidov əlavə edib ki, iclasda bu fərmanın əhəmiyyəti yüksək qiymətləndirilib: "Bundan əlavə, Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda gedən proseslər və insan haqları ilə bağlı məsələlər müzakirə olundu və yekunda qərarlaşdırdıq ki, biz müntəzəm olaraq yığışıb müvafiq məsələlərin müzakirəsini davam etdirək".
Qeyd edək ki, ötən gün İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasının bir hissəsi mətbuat üçün açıq olub, sonra iclas qapalı şəkildə davam etdirilib.
İclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, şöbənin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və Arzu Abdullayeva iştirak ediblər.

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

Heyvandarlıq məhsullarının istehsalı azalıb

Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA

Federasiyaya yeni baş katib təyin edildi

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb

Sumqayıt səhiyyəsinin inkişaf yolunda nümunəvi rəhbər – Elnur Azadxanov

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var

Azərbaycanda təbiət hadisəsi baş verib

Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Azərbaycanda yeni mərkəz YARADILIR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib

Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir

Ölkədə hər gün 57 ailə boşanır

İnsan alveri ilə məşğul olan 49 yaşlı qadın həbs edildi - VİDEO

Ursula von der Leyen müharibənin ildönümündə Ukraynaya səfər edəcək

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib

Bütün xəbərlər