{category-title}
Gündəm / Mədəniyyət
1.04.2019, 15:03
BMA-nın tələbələri beynəlxalq müsabiqənin qalibi olub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.
BMA-dan AZƏRTAC-a bildirilib ki, tələbələrdən Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblər təşəkkürnamə ilə təltif ediliblər.