{category-title}

Dekanın öldürüldüyü klinikanın sahibi azadlıqda – Qərar

 Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan “Medi Sina” klinikasının sahibi Muğdət Həşimovun kasasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Müğdət Həşimovun kasasiya şikayəti qismən təmin olunub.

Belə ki, mülki iddiaçı Aygün-C MMC-nin Müğdət Həşimova qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə hökm ləğv edilib.

Həmçinin Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi üzrə icraata xitam verilib.

Qərarda qeyd olunub ki, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən 6 ilə endirilib.

Həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Müğdət Həşimov cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, bundan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunmuşdu. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsinə xitam verib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.

Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Hökmdən narazı qalan Müğdət Həşimov və onun vəkili apelyasiya şikayəti verib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş Ramazan Zeynalov da apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Müğdət Həşimovun və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib.

“Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. İddiaçı tərəfin mənəvi təzminatla bağlı tələbi üzrə Ali Məhkəmə "Medi Sina" klinikası da daxil olmaqla, cavabdehlərdən 75 min manat tutulması barədə qərar qəbul edib. Üstəlik, cavabdehlərin iddiaçılara birdəfəlik 9,800 manat, həmçinin Elnarə Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödəmələrinə qərar verilib.

Maddi təzminatla bağlı Apellyasiya Məhkəməsinin hökmünə əsasən isə cavabdehlərə 11 min manat cərimə tətbiq edilib.

Qərarların hamısı hazırda icraya yönəldilib.
 

Son xəbərlər

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanda Novruz bayramı qeyd edilir

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Bütün xəbərlər