{category-title}

Rusiyadan anti-Azərbaycan mövqeyi - TƏHLİL

 Rusiya Xarici İşlər Nazirliyinin növbəti dəfə anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, RF vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırması gözlənilməz olmadı.

Məsələ burasındadır ki, ilin ilk ayında da Rusiya XİN-in sözçüsü Mariya Zaxarova buna bənzər mövqe açıqlamışdı. Əslində başında erməni milliyyətinin mənsubu olan şəxsin dayandığı qurumun sözçüsündən başqa münasibət gözləmək doğru deyil. Rusiya xarici işlər naziri Sergey Lavrovun dəfələrlə anti-Azərbaycan münasibətinin şahidi olmuşuq. Hətta o, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını iddia edəcək qədər uzağa getmişdi və buna görə Bakıdan sərt təpki qazanmışdı. Lakin sonrakı dönəmlərdə Rusiya və Azərbaycanın birinci şəxslərinin qarşılıqlı şəkildə əlaqələrin yüksək səviyyədə olması ilə bağlı səsləndirdikləri bəyanatlar ermənipərəst və erməni əsilli Rusiya rəsmilərini də susmağa vadar etmişdi. Təkcə ötən il ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında altı görüş keçirilmişdi.

Prezident İlham Əliyev ötən ilin dekabrında “Rossiya-24" telekanalına müsahibəsində demişdi ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur. Sitat: ”Bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir".

Necə ola bilər ki, prezidentlər qarşılıqlı münasibətlərdən məmnun olduqları, Azərbaycana təkcə bir il ərzində 800 min Rusiya vətəndaşı rahat gəlib-getdiyi halda, rəsmi qurumlardan biri Azərbaycanı “riskli” ölkə kimi təqdim edir? Nə baş verdi ki, Rusiya XİN ölkə vətəndaşlarını Azərbaycana getməməyə çağırdı?

Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanla Rusiyanın arasını vurmaq layihəsi Moskvadakı Ermənistan himayəçilərinə, erməni əsilli rəsmilərə məxsusdur və bu qrupa S.Lavrov başçılıq edir. Ekspertlərə görə, bu qrupa “Lazerev klubu” da aiddir. Lakin digər iddialara görə, Lavrov Rusiya prezidentinin iradəsinə qarşı çıxmağa cəsarət etməzdi. Buradan isə belə düşüncə formalaşır ki, vaxtilə “Putinin danışan dili” statusunda çıxış edən Jirinovskinin mövqeyindən indi Zaxarova və Lavrov çıxış edir. Bəs Rusiyanın Azərbaycandan istəkləri nədir ki, bu cür əsassız ittihamlara əl atır?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rusiya XİN-in son bəyanatı bu qurumun Azərbaycana qarşı ardıcıl olaraq sərgilədiyi qərəzli mövqenin məntiqi davamıdır: “”Azərbaycana getməyin" çağırışı açıq şantajdır. Azərbaycan erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmamaqla öz milli təhlükəsizliyi ilə bağlı maraqlarından çıxış edir. Çünki Rusiyada yaşayan ermənilərin ikili vətəndaşlığı var və onlar həm də Ermənistan vətəndaşlarıdır. Digər tərəfdən, erməni harada yaşamasından asılı olmayaraq, hər yerdə ermənidir. Bu yanaşmadan belə görünür ki, Rusiya XİN ermənilərin Bakıya səfərini təşviq edir. Bu da məqsədyönlü xarakter daşıyır. Yəni Lavrov və onun tör-töküntüləri istəyirlər ki, ermənilər Azərbaycana gəlsinlər, burada ictimai yerlərdə ermənicə danışsınlar. Cəmiyyət buna şübhəsiz ki, müsbət reaksiya verməyəcək. Belə olduğu təqdirdə hətta müəyyən gərginlik də yarana bilər. Onlar da bunu kənardan lentə aldırıb bütün dünyaya car çəksinlər ki, ermənilər azərbaycanlılarla yaşaya bilməzlər, bu onların həyatına təhlükə yarada bilər". Politoloq bildirdi ki, vaxtilə Sumqayıt təxribatı da elə bu məqsədlə törədilmişdi: “Erməni əsilli Rusiya və Ermənistan vətəndaşlarının Azərbaycana səfərlərinin israrla təşkil edilməsi, onların Azərbaycana buraxılmasının yenə də israrla tələb edilməsi həm də Rusiya xarici siyasət idarəsinin rəsmi Bakıya təzyiq göstərmək üçün seçdiyi vasitələrdən biridir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bu məsələdə güzəştə getməyəcək və belə olduğu təqdirdə ölkəmizə qarşı informasiya təxribatlarını davam etdirmək üçün bəhanələri qalacaq. Başqa bir amil şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və Qərb siyasi dairələrinin ərazi bütövlüyü amilini önə çəkməsidir. Azərbaycanın mövqeləri möhkəmləndikcə münaqişənin həlli üçün ölkəmizə qarşı üçüncü tərəfin irəli sürə biləyi tələblər də sıradan çıxacaq. Rusiya münaqişənin həllində digər güclərin söz sahibinə çevrilə biləcəyindən və nüfuz dairəsinin məhdudlaşmasından narahatdır”.

Artıq rəsmi Bakı Rusiya XİN-in bəyanatına cavab verib. Bildirilib ki, görünür, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüb) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir: “Rusiya XİN-in mətbuat katibi bəyan edib ki, ”Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcək". Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir". Azərbaycan XİN əmindir ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək.

Deputat Fazil Mustafa isə dedi ki, Rusiyanın bu mövqeyinə ayrı-ayrı erməni maraqlarına xidmət edən şəxslərin mövqeyi kimi baxmaq bizi yanlış nəticələr çıxarmağa yönləndirə bilər: “Bu, Rusiyanın dövlət siyasətidir, rəsmi qurumu tərəfindən rəsmi qaydada verilib. Azərbaycanı yumşaq təzyiq altında saxlamanın metodlarından biridir. "Lazerev klubu"nu da rəsmi dövlət məqamları aktivləşdrib. Biz Rusiyadan hər zaman bu addımları gözləməliyik. Hələ biz şükür etməliyik ki, bu qədər passivliyimizin qarşısında bu təzyiqlərin dərəcəsi də bir o qədər böyük deyil. Təsəvvür edin ki, Duqin kimi bir adam ermənilərin mövqeyindən çıxış etsəydi, onunla hansı işləri görməzdilər? Bizim diplomatiya, diaspora anlayışımız o dərəcədə bəsitdir ki, üzərimizə gələn bu dalğaların zəifliyinə hələ şükür etməliyik. Rusiya kimi bir məkanda işlərimiz yaxşı mənada bir fədakar blogerin fəaliyyətinin ümidinə qalırsa, bu qədər lobbiçilik vəsaitlərinin hansı “qara deşiyə” töküldüyünü sorğulamağımız lazımdır".
“Yeni Müsavat”
 

Son xəbərlər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Əməliyyatlar başlayandan bəri İsraildə 42 nəfər həlak olub

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

Bütün xəbərlər