{category-title}

 

Nizami Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Nizami Hacıyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyevdir.

Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmiryol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.

O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.

N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.

1989-cu ildə aspiranturaya qəbul olub, 1992-ci ildə aspiranturanı bitirib. Həmin vaxtdan botanika kafedrasında laborant işləyib.

1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.

1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.

Bəli, bu gündə Gəncə şəhəri Nizami rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyevin tələbkarlığından irəli gəlir.Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Nizami müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.


Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Nizami Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Nizami Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Nizami Hacıyevdan danışdılar yaxşı ki, Nizami Hacıyev Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunub… Nizami Hacıyev öz isguzarlığı ilə tanınır və seçilir….

Nizami Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Nizami Hacıyevi heç vaxt əqidəsindən döndərə bilməz.


Nizami Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhəri Nizami rayonunun icra başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Nizami Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər