{category-title}

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri qondarma rejimin nümayəndəsinə cavab verib

 ”İşğal edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi"nin “nümayəndəsi” ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına kölgə salmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aparılan danışıqlara xələl gətirmək və diqqəti danışıqların predmetindən yayındırmaq məqsədilə növbəti əsassız açıqlama verib. Belə ki, qondarma “nümayəndə” ATƏT-in Nazirlər Şurasının Helsinki və Budapeşt sammitlərində qəbul edilən sənədlərlə bağlı cəfəngdolu iddialar irəli sürməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib”.

“Report” xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı ilə bağlı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi”nin “nümayəndəsi”nin açıqlamasına münasibət bildirən T.Gəncəliyev vurğulayıb ki, qarşı tərəfin “nümayəndəsi” Helsinki sammitinin sənədlərinə əsasən münaqişənin tərəfləri (təcavüzkar Ermənistan və hərbi işğala məruz qalmış Azərbaycan) ilə yanaşı, maraqlı tərəflər qismində yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının mövcudluğundan danışıb, azərbaycanlı icmasını görməməzdikdən gəlirsə, onun sözügedən sənədin məğzini dərk etmək qabiliyyətinin olmaması yalnız təəssüf hissi doğurur: “Qondarma “rəsmi şəxs” əgər Budapeşt sammitinin sənədindən danışırsa və bu sənədin öhdəliklərinə sadiqdirsə, onda sənədə tam şəkildə əməl etməlidir. 1994-cü il Budapeşt Sammitində iştirakçı ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: "Onlar (ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara, silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.

Xatırlatmaq istərdim ki, BMT TŞ-nin 1993-cü il tarixli 853 və 884 saylı qətnamələrində məhz "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri"nə istinad edilir və bu da öz növbəsində ATƏT-in müvafiq qərarlarında, o cümlədən MQ həmsədrlərinin sonuncu bəyanatında qeyd edilən "maraqlı tərəflər" ifadəsini özündə ehtiva edir.

Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci ilin 5 noyabr tarixli "Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək lazımdır. Bu sənəddə konkret şəkildə müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər nəzərdə tutulur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Sarqisyan-Köçəryan xuntasının davamı olan işğalçı rejimin əsarətində qalmaqda davam edir.

Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır və bu məqsədlə dialoqa hazırdır”.
 

Son xəbərlər

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Bütün xəbərlər