{category-title}

Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə möhtəşəm konsert proqramı ilə çıxış edib

 

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə möhtəşəm konsert proqramı ilə çıxış edib.

Bu barədə təəssüratlarını AZƏRTAC-la bölüşən xanəndə deyib ki, konsertdə onu tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

“Konserti Fransada yaşayan əlcəzairli Naila Əl- Xaleq təşkil etmişdi. Bu xanımla bizim müqaviləmiz var, o, bizim Türkiyə, İran və ərəb ölkələrindəki konsertimizin təşkilatçılığını üzərinə götürüb. Bəhreyindəki konsertimiz şəhərin ən məşhur zallarından olan Şeyx İbrahim Zalında reallaşdı. Konsertdə “Mahur” muğamı, “Şur” kompozisiyası, “Bayatı-Şiraz” təsnifləri ifa etdik. Düşünürəm ki, konsertimiz insanlar tərəfindən bəyənildi”, - deyə Q.Əsgərov söyləyib.

Gələcək qastrol planları ilə bağlı danışan xanəndə deyib ki, növbəti qastrol konsertləri aprel ayı üçün nəzərdə tutulur. Belə ki, konsertlər Fransa, Türkiyə, Livan və digər ölkələrə planlaşdırılır.

İndiyədək 70-dək xarici ölkədə konsert proqramı ilə çıxış edən Q.Əsgərov söyləyib ki, hər zaman ölkəmizin adını xarici qastrollarda uca tutmaq və milli mədəniyyətimizi təmsil etməkdən qurur duyur.

Xatırladaq ki, xanəndə bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə konsert verib. Konsertdə xanəndənin “Şur” muğamını ifa etməsi zalda böyük çoşqu ilə qarşılanıb. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də olub.

Qeyd edək ki, xanəndənin ən məşhur konsertlərindən biri İngiltərənin “Royal Albert Hall” da reallaşıb.

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər