{category-title}

Zakir Həsənov: "Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrətinin artırılmasında Azərbaycan qadını yaxından iştirak edir"

 

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. 

"Report" xəbər verir ki, təbrikdə deyilir: 

"Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə parlaq səhifələr yazıb. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüşlərdə şücaət göstərib.

Ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından - qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətimizdə qadınlara xüsusi hörmət və ehtiramın təzahürüdür. Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı onun intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd rayonlarda gedən döyüşlərdə qadınlar da iştirak etmişdir. Vətən uğrunda neçə qadın şəhid olmuş, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş kimi çalışır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində Azərbaycan qadını da yaxından iştirak edir. Mərhəməti və xeyirxahlığı, zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. 

Azərbaycanın suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

İnanıram ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən və mülki işlərdə çalışan qadınlar bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!"

Son xəbərlər

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Sabah 37 dərəcə isti olacaq

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Bir qrup diplomata diplomatik rütbələr verilib

Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub

Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

NATO toplantısının bugünkü PROQRAMI

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Bütün xəbərlər