{category-title}

İki qurum arasında qalmış təhsil sistemimiz... - Bu, gələcəyimizə vurulan baltadır...

 İki dövlət qurumu arasında illərdir ki, davam edən rəqabət ölkə təhsilinin səviyyəsinə ciddi şəkildə ziyan vurur.

Orta məktəblərdə təhsil səviyyəsinə nəzarət müvafiq Nazirlik, qiymətləndirmə isə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.İmtahan suallarının müntəzəm olaraq mürəkkəbləşdirilməsi, orta ümumtəhsil məktəblərində də tədris yükünün ağırlaşması ilə nəticələnir.Buna baxmayaraq, daim qiymətləndirmənin nəticələri narazılıq doğurur.

Yaranmış durum illərdir ki, müzakirə obyektinə çevrilsə də, vəziyyət dəyişmir.Növbəti dəfə məsələ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən gündəmə gəlib. Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində bildirilir ki, orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilən yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

“Report”-un xəbərinə görə, məruzədə qeyd olunur ki, yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməli, eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır.

Sənəddə bildirilib ki, açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilən təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur: 

“Qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir. Obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədilə belə taleyüklü ciddi qərarların qəbul edilməsi zamanı müəllimlərdən, mütəxəssislərdən və ekspertlərdən ibarət müzakirələrin keçirilməsi əvəzinə, respublikanın qabaqcıl müəllim heyətinin və valideynlərin fəal iştirakı ilə geniş ümumrespublika müzakirələrinin keçirilməsi daha məqsədəuyğun olardı”.

Məruzədə xatırladılıb ki, müvəkkil hələ ötən dövrlərdə uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsini, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılmasını, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsini təklif edib.

Təhsil eksperti Elşən Qafarov isə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yekun qiymətləndirmənin təhsilin real səviyyəsinə uyğun olmaması illərdir ki, Azərbaycan təhsilində ən vacib problemlərdən biridir: 

“Ölkənin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqanı Təhsil Nazirliyidir. Dövlət İmtahan Mərkəzi (DİM) isə attestasiyaların, imtahanların keçirilməsinin texniki tərəfini həyata keçirən bir orqandır.Ümumtəhsil məktəblərində təhsil mühitinin itməsinin əsas səbəbi məhz DİM-in Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsini mənimsəməsidir.DİM-in test, vəsaitlər, qəbul proqramları hazırlaması ikili yanaşmadır.Bunun da əziyyətini daha çox ümumtəhsil məktəblərimiz, təhsilalanlar çəkir.Bunun nəticəsidir ki, kölgə təhsili hökmranlıq edir. Əgər Mərkəzin özünün vəsaitləri, proqramları, testləri, hazırlıqları varsa, onda dövlətin beş minə yaxın məktəbi nə üçündür? Təhsil Nazirliyinin təhsil büdcəsinin böyük bir hissəsini dərsliklərə ayırmasının nə mənası var?

Təhsil eksperti deyir ki, mövcud vəziyyətdən çıxış yolu ayrıca Testalogiya Mərkəzinin yaradılmasıdır:

“Ya prezident, ya da Nazirlər Kabineti yanında Testalogiya Mərkəzi yaradılmalıdır. Bu mərkəz nə Təhsil Nazirliyindən, nə də Dövlət İmtahan Mərkəzindən asılı olmalıdır.Bu qurum vaxtaşırı olaraq Təhsil Nazirliyi ilə birlikdə monitorinqlər apararaq, real vəziyyəti dəyərləndirərək, həmin vəziyyətə uyğun testlər hazırlamalıdır.Hazırlanan testlər təhsilalanların real bacarıqlarına uyğun olmalıdır.Testlər hazırlandıqdan sonra DİM-ə təqdim olunmalıdır.Belə olduğu təqdirdə Dövlət İmtahan Mərkəzi öz səlahiyyəti üzrə imtahanların keçirilməsinin texniki tərəfini həyata keçirmiş olar.Eləcə də, hər kəs dövlətin üzərinə qoymuş olduğu öz vəzifə borcunu yerinə yetirmiş olar”.

İmtahanlar üçün ayrılan vaxtın az olması ilə bağlı fikirlərlə razılaşmayan Elşən Qafarov bildirir ki, vaxtın çatmaması sualların təhsilalanların bilik və bacarıqlarının səviyyəsinə uyğunsuzluğu ilə əlaqəlidir:

“On illərdir ki, DİM test hazırlayır və Təhsil Nazirliyinə istədiyi zaman, istədiyi təzyiqi edə bilir. Sualların çətinlik dərəcəsi müntəzəm olaraq artırılır.Belə olduğu təqdirdə Nazirliyə təhsilin səviyyəsi ilə bağlı iradlar bildirmək, ictimai rəy formalaşdırmaq asan olur.Ona görə də vəziyyətdən yeganə çıxış yolu olaraq, testlərin hazırlanmasının DİM-dən alınaraq ayrıca bir Mərkəzə verilməsidir”.
 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər