{category-title}

Xətai RİH başçısı postuna iddialı var... - İLGİNC

 

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərini  dənizdə boğulanın saman çöpündən  yapışması misalını bənzədir. Paşinyanın İran səfərini bu ölkədəki erməni icması ilə görüşündəki “Ermənistan-Qarabağ” şüarı  və bu görüşdən  çəkdirdiyi selfi fotosunu çıxmaqla heç bir ciddi mənada yadda qalan səfər hesab etmək olmaz. Ermənistan baş nazirinin istər İran prezidenti Həsən Ruhani, istərsə də Ali rəhbər Seyyyid Əli Xamneyi ilə görüşündə ciddi nəticələr olmadı. Bu görüşlər   ciddi nəticəsi olmayan və görüntü xarakteri daşıyan səfər  hesab etmək olar. Paşinyanın Tehran səfəri o zaman ciddi nəticəli səfər hesab etmək olardı ki,  yekunda iki ölkənin münasibətlərininin inkişafına  təsir edəcək hər hansı  sənədlərin imzalanamsı ilə müşaiyət olunaydı. Lakin bunun  şahidi olmadıq. Sadəcə olaraq protokol  naminə formal xarakterli sənədlərin imzalanmasının şahidi olduq. 

Ümumiyyətlə, Paşinaynın  Tehran səfərindən  ciddi nəticə gözləməyə də dəyməzdi. Birincisi ona görə ki, Tehran İrəvanın istədiyini yerinə yetirmək gücündə deyil. O baxımdan da  bu gün Qərbin sanksiyaları altında inləyən Tehran  istəsə belə, İrəvanın istədiyi iqtisadi dəstəyi vermək iqtidarında deyil. Bunu edə bilsəydi, bir neçə ilə bundan edərdi və o zaman   Ermənistana ciddi sərmayə yatırmaqdan boyun qaçırdı.

Tehranın Ermənistana  ciddi sərmayə yatırmasından boyun qaçırmasının digər səbəbi isə  nəzərdə tutulan layihələrin həddən artıq baha və rentabelli olmaması ilə bağlıdır. Bu istər  Ermənistandan Gürcüstana çəkiləcək dəmiryolu, istərsə də qaz kəməri layihəsi olsun.   Bu məsələ Ermənistan rəhbərlərinin Tehrana hər səfərində qaldırılıb. Sonuncu dəfə  Serj Sərkisyan 2017-ci ildə Tehrana səfəri zamanı  iki ölkə arasında   dəmiryolu, qaz kəməri çəkilişi və digər layihələr məsələsi qaldırsa da, onlar ancaq  siyasi bəyantlar səviyyəsində qaldı. Məhz o səfərdən sonra Tehranın  İranla Ermənistan arasında dəmiryol xəttinin çəkilişinə investisiya yatrımayacağı ilə bağlı dəstək verməyəcəyi cavabını aldıqdan sonra  İrəvan bu layihənin tarixin arxivinə göndərməli oldu. Bu  niyyətindən vaz keçdi. Hətta Ermənistan  hökumətində bununla bağlı yaradılan xüsusi komissiya da buraxıldı. 

Onu da qeyd etmək lazımdır ki,  İrəvanın nəzərdə tutduğu layihələrin puça  çıxmasında Azərbaycanın rolu müstəsna oldu. Bölgədə digər  regional və regionlararası əməkdalığa xidmət edən irimiqyaslı layihələrin təşəbbüskarı  və icraçısı kimi çıxış edən Bakı Azərbaycanın  regional dəmiryol qovşağına çevrilməsi istiqamətində təşəbbüsü ələ alaraq, bu layihələri həyata keçirdi. Azərbaycan sözdən real işə keçməklə Ermənistanı “autsaytda” qoydu.

Azərbaycan qısa zamanda öz dəmir yol xəttini  iki istiqamətədən -Astara və Naxçıvandan İran dəmir yol qovşağına birləşdirdi. Bununla da Ermənistanın sonuncu ümid yeri olan layihə puça çıxmış oldu. Necə deyərlər, Bakı İrəvanın işğalçılıq siyasətinə cavab olaraq iqtisadi təcrid siyasəti ilə Ermənistanı tam təcrid olunmuş vəziyyətə saldı. Və Bakının Ermənistanı təcrid siyasəti  uğrula davam etməkdədir. O baxımdan  Paşinyanın Tehranda Ermənistan üzərində tranzit qaz kəməri layihəsini səsləndirməsi və İran tərəfinin də bu məsələyə ancaq siyasi bəyanat səviyyəsində cavab verməsi səviyyəsində qalacaq. Ola bilər ki, Tehran Ermənistana qaz ixracı həcmini müəyyən qədər artıra bilsin. Ancaq Ermənistan üzərindən qaz kəməri xəttini çəkməsi bugünükü  reallıqda qeyri-mümkündür. Bunun isə bir sıra ciddi səbəbləri var.

Birincisi, Tehran daha asan və mövcud kəmərlər vasitəsi ilə öz qazını xarici bazara  çıxarmağa üstünlük verəcək. Artıq Azərbaycanda belə kəmərlər var. Bakı ilə Tehran bu məsələdə ilkin razılaşma da əldə edib. 

İkincisi, Azərbaycan  İranla yeni qaz kəmərini daha qısa zamanda çəkib istifadəyə verə bilər və buna qadırdir.
Üçüncüsü, Ermənistan üzərindən keçəcək qaz kəməri çox mürəkkəb coğrafi relyefə malik olduğundan bu layihənin reallaşması həm baha başa gəlməklə,  vaxt alan məsələdir. 

Dördüncüsü, sanksiya ilə üzləşən İranın buna maddi imkanı yoxdur. 

Beşincisi, Qərbin razılığı olmadan belə bir layihə rellaşa bilməz. Qərb, xüsusən də ABŞ qəti formada belə bir layihəyənin reallaşmasına qarşı çıxacaq.Baxmayaraq ki, İranla Rusiya müttəfiqdir, ancaq bu məsələdə maraqlar toqquşduğundan Moskva da belə bir layihənin rellaşmasında maraqlı olmayacaq.

İki ölkə arasındakı ikitərəfli iqtisadi münasibətlərə gəldikdə deməzdim ki, əlaəqlər elə də ciddi səviyyədə yüksəkdir. İkitərəfli iqtisadi münasibətlərin yüksək səviyyədə olması ticarət dövriyyəsinin həcmi, turizm  və digər sahələrdə özünü göstərir. Statistik məlumatlara görə, 2018-ci ildə İranla Ermənistan arasında ticarət dövriyyəsi 1991-ci ildən ən pik həddinə çıxaraq, 364 milyon dollar təşkil edib, 2017-ci ildə bu həcm 263,5 milyon dollar civarında olub. Turizm sahəsində də əlaqələr digər qonşu Azərbaycan və Gürcüstanla müqayisədə yüksək deyil. Əgər 2017-ci ildə İrandan Ermənistana səfər edən turistlərin sayı 220 mindən bir az artıq olubsa, 2018-ci ildə bu rəqəm kəskin formada azalaraq  160 minə düşüb. İstər Azərbaycanla İran arasında iqtisadi-ticari dövriyyəni, istərsə də turizm sahəsindəki göstəriciləri götürsək müqayisəolunmaz dərəcədə bu ölkələr arasına əlaqələrin zəif olduğunun  şahidi olarıq.

 Bütün bunları nəzərə alaraq,  Paşinyanın İrana səfərini dənizdə boğulanın saman çöpündən tutmasına bənzəyir kimi ifadə etmək olar. Çünki Paşinyan hakimiyyətə gəldiyi zaman verdiyi vədləri yerinə yetirə bilmədiyindən, Ermənistanda iqtisadi-sosial düzəlmək əvəzində daha da dərinləşməyə başlayıb.  O baxımdan da Paşinyanın bu səfəri  daxili auditoriyanı sakitləşdirməyə xidmət edən faktor kimi dəyərləndirilməlidir. 

Paşinyan uğursuz səfərini sadəcə İsfahanda  erməni icması ilə görüşündəki selfisi ilə ört-basdır etməyə cəhd etdi. Belə ucuz selfi siyasəti ilə dövləti irəliyə aparmaq mümkün deyil.

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

Heyvandarlıq məhsullarının istehsalı azalıb

Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA

Federasiyaya yeni baş katib təyin edildi

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb

Sumqayıt səhiyyəsinin inkişaf yolunda nümunəvi rəhbər – Elnur Azadxanov

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var

Azərbaycanda təbiət hadisəsi baş verib

Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Azərbaycanda yeni mərkəz YARADILIR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib

Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir

Ölkədə hər gün 57 ailə boşanır

İnsan alveri ilə məşğul olan 49 yaşlı qadın həbs edildi - VİDEO

Ursula von der Leyen müharibənin ildönümündə Ukraynaya səfər edəcək

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib

Bütün xəbərlər