{category-title}

Yevlaxda məmur çəkişməsi... - İDDİA

 

Yevlaxda yellər əsir. Məmurların qovğası camaat dilində əzbər olub. Yevlaxlılar icra başçısı Qoca Səmədovla Şirvan Meşə Meliorasiya idarəsi rəisi İlyas Səfərov arasındakı söz-söhbətdən danışır.

İddialara görə, İ.Səfərov Yevlaxa başçı müavini getmək istəyib. Bu barədə əvvəlcə aztoday.az yazıb. Amma Q.Səmədov buna qarşı çıxıb.

Maraqlıdır ki, hər iki məmurun adı müxtəlif xoşagəlməz proseslərdə hallanır. Xüsusən də İ.Səfərov oğlunun avtoqəzada adam öldürməsi ilə uzun müddət mətbuatın diqqət mərkəzində olub.

Məmur oğlu bu cinayətə görə həbs edilmədi. Əvəzində İ.Səfərov Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi vəzifəsindən Şirvan Meşə Meliorasiya idarəsi rəisi postuna keçid elədi.

Bir ara icra başçısı olmaq eşqinə düşmüş İ.Səfərov ambisiyaları çox böyük olduğuna görə yuxarılarına ona belə bir yüksək vəzifə verməyəcəyini hesablayıb indi müavinlik həvəsindədir. Q.Səmədov isə onu yaxın buraxmır.

Sayt yazır ki, İlyas Səfərov Yevlax İcra Hakimiyyətində, başçının müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olmaq istəyir.

İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq əvvəl razılığını ala bilib. Hətta bu razılıq üçün Şirvan Meşə Meliorasiya idarəsi müdiri icra başçısına yaxşı “ənam” vəd edib. Ancaq hansısa səbəbdən müavini olmaq məsələsi müşkülə çevrilib.

Bundan qəzəblənən İ.Səfərov qarşısına Yevlaxın icra başçısı olmağı hədəf qoyub. Q.Səmədov isə bunu eşitdikdə gülüşlə qarşıladığı deyilir.

Halbuki, Yevlaxda onun fəaliyyətindən kifayət qədər narazılıq var. Hər an vəzifəsini itirə bilər. Sadəcə, yerinə İ.Səfərovun təyin olunacağına inanmır.

Yerli mənbələrdən isə deyilir ki, İ.Səfərov başçı müavini təyin olunarsa, vay Yevlaxına halına. Hər iki məmurun fəaliyyəti büdcə talanından ibarət olub. Odur ki, əlbir olub Yevlaxı çapmağa başlayacaqlar.

İ.Səfərov Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi idi. Bu qurum “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabedir.

Sonra onun bu vəzifədən azad olunaraq Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin olunduğu məlumatları yayıldı. Lakin indi məlum olur ki, bu ilin fevralından o, yenidən köhnə vəzifəsinə qayıdıb.

Buna dair həm Azərtac rəsmi agentlikdə gedən geniş materialda onun Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi göstərilməsini qeyd etmək olar, həm də “Həftə İçi” qəzeti əməkdaşlarının mayda hazırladığı reportaja istinad etmək olar.

Hətta İ.Səfərov jurnalistlərə bilgi verir ki, layihəyə ötən ilin sentyabrından başlayıblar.

https://azertag.az/xeber/Meliorasiya_ve_su_teserrufati_sistemi_olke_iqtisadiyyatinin_inkisafinda_muhum_rol_oynayir-1134482, (http://hafta.az/index2.php?m=yazi&id=217276)

İlyas Səfərovun Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət büdcəsindən ayrılan iri həcmdə vəsaitlər səmərəsiz xərclənildiyi, su kanallarının və drenajların isə lildən təmizlənməsi prosesinin həyata keçirilmədiyi barədə yazılıb.

Amma tez-tez vəzifə dəyişməyə meyilli olan İ.Səfərov Yevlaxda başçı müavini postuna göz dikib. Şirvan Meşə-Meliorasiya İdarəsinin müdiri işləyəndə özünə 100 minlik xarici avtomobil alıb. Belə ki, idarə müdiri özünün sürdüyü köhnə seriyalı PRADO avtomobilini son model LEXSUS-la əvəz edib.

Təkcə Qarabağ kanalına qanunsuz yolla atılan boru xətlərindən İlyas Səfərov 200 min manatdan qanunsuz çox qazanc əldə edib. İdarə müdiri öz maraqlarına görə strateji önəm daşıyan Qarabağ kanalını zədələyərək ümumilikdə 300-yaxın qanunsuz boru atdırıb.

Həmçinin idarədə 100-yaxın işçinin sadəcə adının olması ay ərzində İlyas Səfərova 15-20 min manat qazanc gətirdiyi iddia olunur. Qeyd edək ki, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilmələri nəticəsində İlyas Səfərov böyük bir oliqarxa çevrilib.

Təkcə Ağcakənddə özünə və oğluna məxsus villaların qiyməti milyon manatlarla ölçülür. Bunda başqa Gəncə şəhərində tikdirdiyi 3 mərtəbəli obyektin qiyməti isə 1 milyondan çoxdur.

Həmçinin İlyas Səfərovun bir idarə müdirinin iddalarından dahada qabağa gedərək, Gəncə şəhərində hündürmərtəbəli bina tikintisinə girişdiyi deyilir. Bu məsələdə isə ona ən böyük dəstəyi "ağsaqqlım və qohumum" dediyi məmur verir.

Xatırladaq ki, bir neçə il qabaq oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub.

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib. Oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb.

Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, oğlunun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb.

Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Amma Vüqar Səfərov məsuliyyətə cəlb olunmayıb. Qarşı tərəfi dinləməyə hazırıq. \\teref.az\\ 

Son xəbərlər

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

WUF13-ə onlayn qeydiyyat uzadıldı

Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər

Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb

CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür

Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır

"Energetika Memarlığı" filmi təqdim olunub

Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb

Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

Azərbaycan nefti ucuzlaşıb

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub

WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub

Bütün xəbərlər