{category-title}

"73 min ödəməli olan gəlin tapılmır…"

 

Xətai rayon sakini evindən zorla çıxarıldığını bildirir
"İcra xidməti mənə 73 min manat ödəməli olan qadını tapa bilmir. O hazırda Rusiyadadır, Astarxanda yaşadığı bildirilir. Barəsində axtarış elan edilsə də, tapılmır. Ona görə də indi mənə evin pulunu ödəmədən, mənizilmdən çıxarmaq istəyirlər".

PressXeber.info  xəbər verir ki, bizimyol.info saytına Xətai rayonu sakini Məmmədova Xənifə Xalıqverdi qızı deyib. O, hazırda qeydiyyatda olduğu Cavanşir küçəsi 15 B saylı evin 52 saylı mənzilində yaşayır.

Bildirir ki, həmin mənzili 1998-ci ildə milliyətcə rus olan Jukova İrina Vladimirovnaya adlı Azərbaycan vətəndaşından notarial qaydada ev alıblar. Alqı-satqı həyuat yoldaşının adına edilib.

Ev aldıqdan üç il sonra, 2001-ci ildə Yukova Raisa Qriqoryevna adlı şəxs onun gəlini Jukova İrina Vladimirovnayanın evi ondan xəbərsiz satdığını bildirərək, Xətai rayon Məhkəməsində iddia qaldırır. "Biz haqlı olduğumuzu hesab edərək, heç məhkəməyə getmədik. Məhkəmə də bizim iştirakımız olmadan 2001-ci ildə Xətai Məhkəməsi iş nömrəsi 2-1352 olan qətnamə ilə Bakı şəhəri Cavanşir küçəsindəki 15 B saylı 52-ci mənzilin özəlləşməsi və həmin mənzil üçün Yukova İrina Vladimirovanın adına verilmiş 30/138820 saylı 28 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsini etibarsız edir".

Qətnamədə Məmmədova Xənifənin əri Verdiyev Firudun Mürsəl oğlunun xeyrinə iyirmi dörd milyon manat tutulması və bunun müqabilində evin boşaldılması öz əksini tapır. Bu qərardan sonra Verdiyev Firudun Mürsəl oğlu ürək infarktından dünyasını dəyişir.

Bundan sonra iddiaçı tərəf göstərilən məbləği də ödəməyib. "10 idən sonra, yəni evlərin qiyməti 10 dəfələrlə qalxmasını nəzərə almayan iddiaçı yenidən peyda olub və eyni iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə o vaxt ödənilən 24 milyon manatı indeksləşdirərək, alqı-satqıda göstərilən məbləği 4500 manat dəyərində qiymətləndirib. Həmçinin evin təmiri və cavabdeh tərəfə dəyən ziyan qarşılığında 73 min manat məbləğ də qərarda ödənilməsi şərt olaraq göstərilib. İndeksləşən 4500 manat miqdarında ağlasığmaz kiçik məbləği dərhal ödəməyə hazır olmasını məhkəməyə bildirən evi satanın qayınanası Raisa evin dərhal boşaldılmasını tələb edib. Məhkəmə isə qərar çıxarıb ki, Xənifə Məmmədovaya 73 min manat təzminatın ödənilməsi hal-hazırda Rusiyada yaşayan, alqı-satqı müqaviləsində satıcı kimi göstərilən Yukova İrina tərəfindən icra edilməlidir. "Kiçik məbləğ – 4500 manatı qaynana ödəyib, evdn çıxarmaq istəyir. 73 min manatı ödəməli gəlini isə tapılmır ki, pulumuzu alaq. Hesab edirəm ki, o pulu ödəmədən bizi evdən çıxarmaq haqsızlıq, qanunsuzluqdur. Çünki evin boşaldılması barədə məhkəmə qərarı olduğu kimi, pulun bizə ödənməsi barədə də məhkəmənin bu haqda qanuni qüvvəyə minmiş qətnaməsi var".

X.Məmmədova deyir ki, məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edib. Ədliyyə Nazirliyindən məsələ ilə bağlı mövqe öytənmək mümkün olmadı.

Son xəbərlər

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Bütün xəbərlər