{category-title}

Kadırova sui-qəsd hazırlayan çeçen saxlanıldı - “Neolit” kafesində münaqişə

 Moskvanın cənub-şərqindəki “Neolit” kafesində bir qrup çeçenlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib. Kütləvi davadan az sonra avtoritet Qərib Orucovun qətlə yetirilməsində Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış terrorçu Lors Xamiyev ittiham olunub. Əlaltısı ilə birgə silahlı məhkəmə tərəfindən həbs edilib.

Virtualaz.org “Moskovski komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu günlərdə “Neolit” kafesindəki davadan sonra Moskvanın Səmərqənd bulvarında güllələnmiş 52 yaşlı Qərib Orucovun qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

Ümumilikdə, 5 nəfər saxlanılıb və bunlardan birinin – 35 yaşlı Lors Xamiyevin çox qaranlıq keçmişi var – o, qanunsuz silahlı qruplaşmaların üzvü olub, Çeçenistan başçısı Ramzan Kadırova qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Keçmiş silahlı və daha bir Çeçenistan sakini – 33 yaşlı Həmid Cəbrayılov “millətlərarası və ya dinlərarası ədavətə görə bir qrup şəxs tərəfindən törədilmiş qətl” maddəsi üzrə ittiham olunub və Kuzminski məhkəməsi tərəfindən fevralın 19-da həbs ediliblər. Digər saxlanılanların taleyi bu günlərdə məlum olacaq.

Məhkəmə onların saxlanılma müddətini daha 72 saat artırıb və nəşrin həmsöhbətinin sözlərinə görə, hər üçü “yalan detektoru”ndan keçiblər və onlar barəsində istintaq hərəkətləri aparılıb. Bəzi məlumatlara əsasən, şübhəli şəxslərin beşi də Rostov-Dona gedərkən yolda saxlanılıblar. İstintaq şübhə etmir ki, Səmərqənd bulvarındakı qətl və “Neolit” kafesindəki dava eyni zəncirin halqalarıdır.

“Moskovski komsomolets” xatırladır ki, Qroznıda anadan olmuş Lors Xamiyev 2007-ci ilin may ayında terrorçuluqda, silah-sursat saxlamaqda, həmçinin dövlət və ya ictimai xadimə qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək saxlanılmışdı. O, 8 il müddətinə həbs edilmiş, lakin vaxtından əvvəl – 2015-ci ildə azad olunmuşdu. Bir sıra mənbələrin məlumatına görə, Xamiyev çeçen separatçılarının tərəfində vuruşub və amnistiya olunub. O, 2004-cü ildə silahlıların Nazran şəhərinə hücumunda iştirak edib, Moskvanın Pokrışkin küçəsindəki “McDonalds” restoranında törədilmiş partlayışla bağlı işdə şahidlik edib, Moskvada terror aktları törətməyə hazırlaşan mütəşəkkil cinayətkar qrupun təşkilatçısı olub. Bunlardan biri Ramzan Kadırova FTX tərəfindən qarşısı alınmış sui-qəsddir.
 

Son xəbərlər

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər