{category-title}

"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev

 

 

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya yarışları bu ilin iyulunda başlayacaq. 

Milli.Az xəbər verir ki, bu barədə "report"a azərbaycanlı atlet Nazim Babayev məlumat verib. Üçtəkanla uzunluğa tullanma yarışlarında iştirak edən 22 yaşlı idmançı lisenziya qazanmaq üçün ən azı 16,95metrlik nəticə göstərməli olduğunu vurğulayıb. 

O, həmçinin dünyada 32 ən güclü atlet arasında olmağın vacibliyini qeyd edib: "Bu nəticəni Azərbaycan çempionatı da daxil olmaqla, müxtəlif beynəlxalq turnirlərdə göstərmək olar. Bunlara Avropa, dünya çempionatları və hansısa Brilliant Liqa da daxildir".

Babayev bu vəzifənin öhdəsindən gələcəyini vurğulayıb. O, "Tokio-2020"də medala da ümid etdiyini söyləyib: "Real danışsaq, ən azı, ilk "3-lük"də yer almaq istəyirəm. Qızıl medal demirəm, amma hansısa əyarlı medal qazanmaq niyyətindəyəm. Bir atlet kimi Azərbaycana olimpiadadan medal gətirə biləcəyimə inanıram".

Gənc idmançı son olaraq iştirak etdiyi və gümüş medal qazandığı Balkan qış çempionatı barədə də danışıb. O, həmin yarışın özü üçün uğurlu alınmadığını deyib: "İstədiyim kimi alınmadı. Yarışın əvvəlində qaçış məsafəmdə bir az problem oldu ki, bunu da gec aradan qaldırdım. Uğurla tullana bilməsəm də, bu, mənim qış mövsümü üçün ən yaxşı nəticəmdir. Amma daha artığını bacara bilərəm. İlk növbədə, hədəfim "qızıl" idi. Gümüş medalı qənaətbəxş hesab etmirəm".

Yeniyetmə və gənclər (U-23) arasında Avropa çempionu olan atlet fevralın 27-də qış Avropa çempionatı üçün Şotlandiyanın Qlazqo şəhərinə yollanacağını bildirib. Yarış isə 1 - 3 martda olacaq.  

N.Babayev üçtəkanla uzununa tullanma növü ilə məşğul olmaq istəyənlərə səbrli olmağı tövsiyə edib: "Hər bir atlet ilk növbədə öz üzərində işləməli və məşqlərə laqeyid yanaşmamalıdır. Bu növlə məşğuliyyətdən ötrü fanat olmalısan. Atletikaya 6 yaşımdan başlamışam. Həmin vaxt valideynlərim məni bura yönəldiblər. Ondan sonra isə marağım yaranmağa başlayıb. Hazırda elə gün yoxdur ki, məşq barədə fikirləşməyim".

Təlim-məşq toplanışları üçün Türkiyənin Antalya bölgəsini seçmə səbəblərinə də toxunan gənc atlet deyib: "Ora bizim üçün ən əlverişli yerdir. Toplanışa hər qış və yay mövsümündən öncə yollanırıq. Qış mövsümündən əvvəl iki təlim-məşq toplanışı keçmişəm. Yarışlar bitəndən sonra isə apreldə yenə həmin məkanda hazırlıq prosesində olacağam".

Son xəbərlər

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər